Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA

Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA2025-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonlarından 62-si (Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcəklər. Bu barədə "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib.

Bəs görəsən Azərbaycan rayonları öz gəlirləri ilə öz xərclərini təmin edəcək vəziyyətdədirlərmi?

Sosioloq Elçin Bayramlı Sonxeber.az – ın mövzu ilə bağlı bu sualını cavablandırıb:

"Azərbaycan rayonlarının çox az bir hissəsi öz gəlirləri ilə öz xərclərini ödəmək iqtidarındadır. Yəni bunu təbii halda etmək olar. Rayonlara qoyulan investisiyaları kəsmək doğru deyil. Ondansa regionlarda elə bir iqtisadi mühit yaratmaq lazımdır ki, həqiqətən də rayon öz gəliri ilə özünü idarə edə bilsin. Bu, bütün dünyada belə tətbiq olunur. Yerli özünü idarəetmə sistemi qurulur və yerli mailiyyə resurslarının çox böyük hissəsi regional idarəetmədə regional xərclərə sərf olunur. Az bir hissəsi isə mərkəzi hökumətə təqdim olunur. Bu baxımdan yanaşma düzgündür, çalışmaq lazımdır ki, rayonlar Bakıdan asılı olmasın. Ölkə iqtisadiyyatının 2/4-ni Bakı verir. Əksər regionlar datasiyalarla -mərkəzi büdcədən ayrılan vəsaitlərlə yaşayır. Bunu dəyişmək lazımdır. Amma dəyişmək təbii proses olmalıdır. Əvvəlcə regionlara iqtisadi investisiyalar yönəldilməlidir. Orda iqtisadi rəqabət mühiti yaradılmalıdır. Bürokratik maneələr aradan qaldırılmalıdır. Azad iqtisadi rəqabət və imkanlardan istifadə etməklə həmin rayon öz gəlirləri ilə öz xərclərini tam şəkildə ödəyə bilər. Belə bir proses aparılsa, əlbəttə ki, Azərbaycan rayonlarının ən azı 90 faizi öz xərclərini ödəyə bilər. Bu proses dünya təcrübəsində olduğu kimi qaydasında aparılsa, ölkənin tarazlıq inkişafı təyin olunsa, rayonların dövlət büdcəsindən asılılığı azalacaq. Sadəcə proses düzgün şəkildə aparılmalıdır. Bütün maneə və problemlər ortadan qaldırılmalıdır. Yoxda süni şəkildə statistika xatirinə etməklə problemlər həll olmur. Səneye müəissiələri olmayan, təsərrüfatları bərbad vəziyyətdə olan rayon necə öz xərclərini özü ödəyə bilər? Necə dotasiyalardan kənar yaşaya bilər? Bu çox çətin məsələdir. Əvvəlcə şərait yaratmaq lazımdır. Onsuz da sonra avtomatik həmin rayon özü iqtisadi gəlirlər əldə edib mərkəzdən asılılığını azaldacaq. Bu məsələyə düzgün yanaşan ölkəkər iqtisadi cəhətdən inkişaf edib tarazlı, regional balans şəraitində yaşayır. Bizdə isə çox ciddi disbalans var. Ölkə iqtisadiyyatı Bakıdan ibarətdir. Bu məsələni kompleks şəklində həll etmək lazımdır".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2381   Tarix: 18 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr