Əhaliyə ŞAD XƏBƏR - Müavinətlərin nə qədər artacağı məlum oldu - RƏQƏMLƏR
"Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir".
Bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq.
Onun sözlərinə görə, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək:
"Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər x 270 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat - 900 manat) olur.
Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1425 manata yüksəlir (5 nəfər x 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat - 900 manat) olur".
Millət vəkili əlavə edib ki, 2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğundur:
"Bu zaman ünvanlı sosial yardım proqramında da yaşayış minimumu meyarından istifadə etmək daha əlverişlidir"./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 9990 Tarix: 19 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sədərək" ticarət mərkəzini su basdı - Video
Aramsız yağan yağış ölkənin müxtəlif ərazilərində və paytaxtda fəsadlar törətməkdə davam edir. "Qafqazinfo" xəbər verir ki, yağış suları Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində də problemlər yaradıb. Belə ki, ticarət mərkəzinin bəzi hissələrini su basıb, sahibkarları
28 martSabah da intensiv yağış yağacaq: Subasma halları istisna edilmir - 29.03.2026
Azərbaycanda martın 29-na gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarl
28 martBakıda iki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşüb
Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə inşa edilib. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 159 ünvanınd
28 martAzərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…
Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen
29 martCeyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. "Report" xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə "X" sosial media hesabında paylaşım edib. "Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbayca
29 martBeynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır - FOTO
Bu gündən "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. "Report"a istinadən xəbər verir ki, budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir
26 mart