Tibb bacısının şübhəli ölümündə həkim günahlandırılır
Türkiyəədə xəstəxanada əməliyyat olunan babası ilə qalan tibb bacısı Selen Bilgin ona vurulan dərman iynəsinə görə dünyasını dəyişib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Bilginə dərman iynəsi vuran həkimin isintaqda adı hallansa da, onun azadlıqda olması gənc tibb bacısının ailəsinin üsyanına səbəb olub.
Hadisə baş verən gün Bilgin əvvəllər tanış olduğu və eyni xəstəxanada işlədiyi həkim Fatih Akının otağına gedib. Kamera görüntülərinin araşdırılmasında, Selen Bilginin otağa girməsindən 1 saat sonra Fatih Akın həyəcanla telefonla danışaraq otaqdan çıxdığı bildirilib.
Daha sonra Bilginin xəstəxana işçiləri tərəfindən təkərli xəstə çarpayısında otaqdan çıxarıldığı, Həkim Tevfik K. tərəfindən Bilginə ürək masajı, şübhəli həkim Fatih Akın tərəfindən isə süni tənəffüs edildiyi təhlükəsizlik kamerası görüntülərində də əks olunub. Bilginin ölümü tibbi ekspertizanın rəyində "yüksək miqdarda dərman qəbulu" olaraq qeyd edilib.
Şübhəli həkim Fatih Akın açıqlamasında: "Zərərçəkənə dərman verməmişəm. Bu dərmanı Selen Bilgin özü istifadə edib. Otağıma gələndə başı ağrıyırdı, mən ona ağrı kəsici serum verdim. Bir az sonra o yenə dərman istədi. Verdim və otaqdan çıxdım. Qayıdanda isə onun özündə olmadığını anladım" , - deyə bildirib.
Məhkəmədə Akının "qəsdən adam öldürmə ehtimalı" maddəsi ilə ömürlük həbsə məhkum edilməsi istənilib. Lakin hakim yekun qərarı istintaq tam başa çatdıqdan sonra verəcəyini bildirib.
Mərhumun ailəsi istintaq prosesi zamanı Akının azadlıqda olmasına etiraz edib.
Faktla bağlı araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1928 Tarix: 21 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı
Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa
21 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrLaçında traktor minaya düşdü
İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
26 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrAyı arı pətəklərini dağıdıb balları yedi
Türkiyənin Qars vilayətinin Səlim rayonuna bağlı Karakale kəndində gecə saatlarında arı pətəklərinə yaxınlaşan boz ayı bal arılarına ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, kənddə arıçılıqla məşğul olan Ayhan Aydına məxsus pətəklərə yaxınlaşan ayı onları aşırdaraq içərisindəki balları yeyib
24 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabr