Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qərəzli qətnamə Azərbaycana qarşı başladılan qarayaxma kampaniyasının tərkib hissəsidir

Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qərəzli qətnamə Azərbaycana qarşı başladılan qarayaxma kampaniyasının tərkib hissəsidir"Bu gün Makaron özünü elə aparır ki, sanki biz torpaqlarımızı Ermənistanın deyil də, onun işğalından azad etmişik".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Fransa Azərbaycan qarşı açıq-aşkar qarayaxma kampaniyası aparmaqdadır:

"4 ilə yaxın vaxt keçsə də Fransa Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad edib Dağlıq Qarabağ münaqişəsinə son qoyması ilə barışa bilmir. Məhz buna görə də müxtəlif yalanlarla ölkəmizin hər gün daha da artan nüfuzunu ləkələməyə çalışır. Hətta BMT-nin ən ali və mötəbər tədbirlərindən biri - COP29 günlərində belə. Makaronun ölkəmizə qarşı bitmək bilməyən nifrətinin səbəbi cənab prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın Fransanın Cənubi Qafqazla bağlı riyakar planlarını məhv etməsidir. Öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi, belə bir mötəbər beynəlxalq tədbirin tribunasından cənab prezident İlham Əliyevin qərb dövlətlərinə tutarlı cavab verməsindən sonra Fransanın ölkəmizə qarşı başladığı qarayaxma kampaniyasını daha artırması gözlənilən idi. Hələ COP29 başlamadan öncə müxtəlif yollarla regionda yenidən gərginlik yaratmağa cəhd etdi. Daha sonra ölkəmizdə insan azadlıqlarının məhdudlaşdırıldığını iddia edərək COP29-a gələcək qonaqları fikrindən daşındırmağa çalışdı. Makaronun bütün cəhdlərinə baxmayaraq BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edərək bir daha ölkəmizin gücünü bütün dünyaya sübut etmiş olduq"

Emil Əkbərov vurğulayıb ki, Lüksemburq Deputatlar Palatası növbəti dəfə qərəzli yanaşma sərgiləyərək
Qarabağda separatçı hərəkətlərə yol verən, Azərbaycan torpaqlarında müxtəlif terror aktlarına imza atan və soydaşlarımızı vəhşicəsinə qətlə yetirən şəxslərin azad olunmasını tələb edən qətnamə heç bir qüvvəsi olmayan kağız parçasından başqa bir şey deyil:

"Həmçinin, "qətnamə"də Azərbaycan Xarici İşlər Nazirliyinin 26 avqust 2024-cü il tarixli qərarı ilə lüksemburqlu deputatlar Oktav Moder və İv Kruxteni də daxil olmaqla AŞPA-nın 76 deputatını "arzuolunmaz şəxs" (persona non grata) elan etməsinə qarşı bənd də salınıb. Tələb də odur ki, rəsmi Bakı bu şəxslərə qarşı tətbiq etdiyi qadağaları götürməlidir. Görünür, fransız dili əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna makronsayağı yanaşaraq COP29-un keçirildiyi bir vaxtda Azərbaycana qarşı başladılan qarayaxma kampaniyasına qoşulublar. Fransa anlamalıdır ki, aparılan heç bir qarayaxma kampaniyası, qəbul edilən qətnamələr Azərbaycanı tutduğu haqlı mövqedən və qarşıya qoyulan məqsədlərə çatmaqdan çəkindirə bilməyəcək. Çünki bu gün Azərbaycanın nəyi, necə, nə vaxt etməyi yaxşı bilən cənab prezident İlham Əliyev kimi lideri var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1113   Tarix: 22 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr