"Fransa, mədəni assimilyasiya və yerli xalqların mədəni irsinin qəsdən məhv edilməsi siyasəti həyata keçirir" - DEPUTAT
"Fransa və bir sıra qərb dövlətləri COP29-un ölkəmizdə keçirilməsini ilk gündən propoganda edərək, açıq-aşkar təxribatlar yaratmağa çalışıb, dezinformasiya yayıblar. Hətta Makron hökuməti COP29-da iştirak etmək istəyən Fransa vətəndaşlarını belə bu imkandan məhrum etmiş, ölkəmiz haqda böhtan dolu fikirləri mediada tirajlamışdır.
Fransa müstəmləkə halında saxladığı dənizaşırı ərazilərindən, kiçik ada dövlətlərindən olan insanların ərazisini sınaq meydanına çevirmişdir".
Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Avropada yerləşən Fransa, dünyanın 4 qitəsində müxtəlif bölgələri işğal edərək koloniya düzəldib və özünə təxminən 11 milyon kvadrat kilometr ərazini əhatə edən dünyanın ən geniş Eksklüziv İqtisadi Zona'sını yaradıb:
"Fransa, bu ərazilərdə dəniz resurslarını, o cümlədən balıq, neft, qaz və faydalı qazıntıları istismar edir, eyni zamanda insan əməyindən də yararlanır. Şimali Afrikadan Cənub-Şərqi Asiyaya, Yaxın Şərqdən Cənubi Sakit Okean hövzəsinə qədər yaşayan milyonlarla insan, tarixən Fransanın amansızlıqla həyata keçirdiyi müstəmləkəçilik siyasəti yaşayıb. Bura daxil olan repressiyalara, qətlə yetirilmələrə də şahidlik edilib. Xüsusilə, Əlcəzairdə fransız hökuməti tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmiş 1.5 milyon günahsız insanın qalıqlarının Paris muzeyində qəhrəmanlıq nümunəsi şəklində nümayiş etdirilməsi, fransız qəddarlığının açıq, tarixi nümunəsidir"
Deputat vurğulayıb ki, Fransa, mədəni assimilyasiya və yerli xalqların mədəni irsinin qəsdən məhv edilməsi, yəni "kultursid" siyasəti həyata keçirir"
"Bu siyasət, yerli mədəniyyətlərin və adət-ənənələrin məqsədli şəkildə məhv edilməsi üzərinə qurulub. Fransanın neokolonializm siyasəti ilə fransız mədəni normalarını və dəyərlərini üstün tutmasının, etnik azlıqların unikal mədəni kimliklərinin marjinallaşmasına və aşınmasına səbəb olur. Bu assimilyasiya səyləri yerli xalqların gənc nəsillərinin öz mədəni irsləri haqqında məhdud biliklərlə yetişdirilməsi məqsədi güdür. Məhz COP29 zamanı da yerli Afrika xalqları, eləcə də, Fransanın dənizaşırı ərazilərinin vətəndaş cəmiyyəti fəalları COP29-a gələrək öz haqq səslərini və mesajlarını, hüquqları taplanan insanların səsini dünya ictimaiyyətinə çatdırmağa çalışdılar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 979 Tarix: 22 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabr