"Fransanın anti-Azərbaycan mövqeyi Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT

"Fransanın anti-Azərbaycan mövqeyi Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT"Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyası, COP29-a ev sahibliyi etməklə planetimizi narahat edən qlobal istiləşmə ilə mübarizəyə öz töhfələrini verdi. Qlobal əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ilk öncə ölkəmizin beynəlxalq müstəvidə qazandığı nüfuzun göstərici, regional liderliyinin təcəssümüdür. Bakıda keçirilən COP29 Cənubi Qafqaz üçün mühüm hadisə olmaqla yanaşı həm də regionda bir ilkdir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın uğurları artdıqca qazandığımız nəaliyyətləri gözü götürməyən qüvvələrin də fəallaşması müşahidə olunur:

"Fransa həmin anti-Azərbaycan qüvvələrinin önündə dayanmaqla ölkəmizə qarşı düşmənçilik mövqeyi sərgiləyir. Onların COP29-u hədəf alan yanaşmaları əslində regionda olan geosiyasi maraqlarının ifadəsidir.

Rəsmi Paris Ermənistan üzərindən bölgəyə daxil olmaqla neokolinalist siyasət həyata keçirmək istəyir. Təbii ki, Yelisey Sarayının neqativ addımları Azərbaycan tərəfindən neytrallaşdırır və bu onları beynəlxalq arenada çıxılmaz vəziyyətdə qoyur. Xüsusilə cənab Prezident İlham Əliyevin Qoşulmama hərəkatı və müxtəlif platformalarda Parisin imperialist siyasətini hədəf alması və bunu müasir dünyamız üçün utancverici bir hal kimi qiymətləndirməsi Fransanın nüfuzunu zərbə vurur.

Fransanın anti-Azərbaycan mövqeyi Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır. Onların Ermənistanı silahlandırması İrəvanı növbəti müharibəyə təhrik edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1357   Tarix: 22 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr