"Həmin aktrisa tamaşada oynamağıma mane oldu"
"4-cü sinifdə Şuşada oxuyanda dəhlizdə güzgü var idi, ona baxdım. "Bobbi" filmini izləmişdim. Və güzgüyə baxıb dedim ki, "Mən ən tanınmış olacağam". Sanki bir anlıq alqış səsləri eşitdim".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova "Sabahın xeyir, Azərbaycan" verilişinə açıqlamasında deyib. O, karyerasının ilk illərində həmin dövrün aktrisalarından birinin ona mane olmaq istədiyini deyib. F.Mütəllimova həmin aktrisanın adını açıqlamayıb:
"Universitetə qəbul olmuşdum. Evə qayıdanda gördüm ki, anam ağlayır. Elə bildim sevinc göz yaşlarıdır. Sən demə istəmirmiş. O, məni ağ xalatda görmək istəyirdi. Universitetdə olanda səhnəyə baxırdım, o bizim üçün çox müqəddəs idi. Düşünürdüm ki, İlahi, görəsən mən də o səhnədə çıxış edəcəyəm?
3-cü kursda mənə tamaşalardan birindən dəvət gəlmişdi. Amma o vaxtkı aktrisalardan biri buna mane oldu. O, istəmədi ki, mən "Sevil" tamaşasında rol oynayım. Amma mən Tofiq Kazımovun (mərhum Xalq artisti, rejissor - red.) yaddaşında qaldım ki, belə bir qız var.
Teatr canlı sənətdir. Orada başqa bir maqnit qüvvəsi var. Məsələn 2 filmə gedəndə, 3-cüsünə getməmişəm. Çünki teatrda işimiz çox olurdu və kinoya çəkilməyə vaxtımız olmurdu".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aygün Kazımova koronavirusa yoluxub
Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço
8 sentyabr 2021Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO
Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma
3 sentyabr 2021"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"
"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə
9 sentyabr 2021Britni Spirs bu şəxslə nişanlandı - FOTO
Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan
13 sentyabr 2021Qızı Rəşad İlyasovu sevindirdi
Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var
4 sentyabr 2021Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara
18 sentyabr 2021Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...
Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb
2 sentyabr 2021