COP29-un tarixi uğuru: karbon bazarına "yaşıl işıq" - ŞƏRH
Azərbaycanda keçirilmiş COP29-da əldə edilən tarixi uğur İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması olub.
"Report" xəbər verir ki, 10 ilə yaxın bu maddə üzrə aparılan danışıqlar heç bir nəticə vermirdi və bununla da iqlim dayişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə mane olurdu.
Ötən il Dubayda keçirilən COP-28 zamanı Paris sazişinin 6.4 maddəsinin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu mümkün olmadı. Bakıda isə tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı.
Altıncı maddə ümumiyyətlə ölkələr arasında mitiqasiya tədbirlərinin nəticələrinə dair əməkdaşlıq edilməsini nəzərdə tutur. Dövlətlər karbon qazlarının emissiyasının azaldılması və bu qazların meşələr vasitəsilə emal edilməsi üzrə həyata keçirdikləri tədbirləri barədə bir-birinə hesabat verməli, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində (NDC) bunu göstərməlidirlər.
Paris Sazişinin 6.4-cü maddəsi iqlim fəaliyyətinə dair hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının yaradılması, karbon kreditlərinin verilməsini nəzərdə tutur. Artıq dövlətlər ikitərəfli deyil, UNFCCC-nin cəlb olunması və nəzarəti ilə əməkdaşlığı həyata keçirəcək, bir-birlərinə karbon kreditləri sata biləcəklər.
Bu mexanizm çərçivəsində hər bir dövlətin illik karbon qazı emissiyası norması müəyyənləşəcək. Normadan az CO2 qazını emissiya edən dövlətə istifadə etmədiyi payı normalardan artıq karbon qazı buraxan dövlətlərə satmağa imkanı yaradılacaq. Misal üzərində bunu izah etsək, deyə bilərik ki, məsələn, BMT Azərbaycana illik maksimum 500 ton CO2 qazı emissiyası norması müəyyən edir. Azərbaycanda daha çox "yaşıl enerji"dən istifadə edildiyi üçün ildə 400 ton karbon qazı atmosferə buraxılır. Qalan 100 ton kvotanı isə Azərbaycan istənilən dövlətə sata bilər. Üzərinə düşən normadan artıq emissiya edən dövlətlər bu kvotaları əldə edə bilərlər.
Əsasən inkişaf etmiş ölkələrin daha çox karbon qazı emissiyasını, müəyyən edilmiş normaların onları qane etməyəcəyini nəzərə alsaq, bu mexanizm inkişaf etməkdə olan və kasıb ölkələrə əlavə vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Bütün əməliyyatlar sırf BMT-nin nəzarəti altında həyata keçiriləcək.
Sazişin 6.8-ci maddəsi isə qeyri-bazar yanaşmasını nəzərdə tutur. Bu maddə ilə tərəflər mitiqasiya, adaptasiya, maliyyə, texnologiyanın ötürülməsi və bir sıra digər məsələlər daxi olmaqla, milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) həyata keçirilməsində əməkdaşlıq ediməsini nəzərdə tutur. Bura meşə sahələrinin artırılmasına kömək göstərilməsi, yeni texnologiyaların verilməsi və sair daxildir.
Ümumiyyətlə, 6-cı maddənin razılaşdırılması artıq ölkələrə öz NDC-lərini müəyyənləşdirməyə imkan verəcək. Bundan başqa, qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tədbirlərini tənzimləyə biləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
91 yaşlı sabiq deputat vəfat etdi