"Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən geri qaytarıldı" - DEPUTAT

"Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən geri qaytarıldı" - DEPUTATKəlbəcər şəhəri 2 aprel 1993-cü ildə qəsbkar ermənilər tərəfindən işğal edilmişdir. İşğal zamanı rayonun 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Həmçinin erməni qəsbkarlarının işğalı nəticəsində rayonun onlarla tarixi-mədəniyyət abidəsi, məktəblər, uşaq bağçaları, kitabxanalar, klub və mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyi, xəstəxanalar, tibbi məntəqələri və yüzlərlə inzibati bina və mənzillər talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, müharibə dövründə BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, lakin rəsmi İrəvan həmin Qətnaməni icra etməmiş və beynəlxalq təşkilatlar isə onun icrasını tələb etməmişdir:

"Əksinə, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

Bütün bu haqsız davranışlara baxmayaraq, 2020-ci il "Vətən müharibəsi" zamanı Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. İmzalanmış 10 npyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizmin göstərilməsi idi".

Deputat vurğulayıb ki, məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətlərini həyata keçirmişdir:

"Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışlar. Nəhayət 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən, şəhid verilmədən geri qaytarılmışdır. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olmuşdur.

Müharibə bitdikdən sonra ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edilmiş və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu həmin medal ilə təltif edilmişdir".

Deputat söyləyib ki, prezident cənab İlham Əliyev 16 avqust 2021-ci ildə Kəlbəcər şəhərinə gələrək Azərbaycan bayrağını şəhərdə dalğalandırmışdı:

"Həmin ilin sentyabrında Kəlbəcərdə hərbi prokurorluğun binası, o cümlədən çörək sexi istifadəyə verilmiş, 26 iyun 2022-ci ildə isə Kəlbəcərdə İstisu mineral su zavodunun təməli qoyulmuşdur. Bundan sonra Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur.

Hazırda Kəlbəcər şəhərində yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutuan məhəllədə - 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakinin yaşayacağı nəzərdə tutulub.

Ölkə başçısının xüsusi tapşırığına əsasən Kəlbəcər şəhərində bir sıra infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi həyata keçirilir. Həmçinin, rayon ərazisində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə "Çıraq-1" və 5,3 meqavat gücündə olan "Soyuqbulaq", Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə "Çıraq-2" Kiçik Su Elektrik stansiyaları "AzərEnerji" ASC tərəfindən tamamilə yenidən qurulmuşdur.

Qeyd edim ki, Prezident cənab İlham Əliyev bu məqsədlərlə Kəlbəcər şəhərinə bir neçə dəfə səfər etmiş, yenidənqurma işlərində, təməlqoyma mərasimlərində və açılışlarda iştirak emiş, şəhərdə mövcud yaşayış üçün əlaverişli şəraitlərlə tanış olmuş və həyata keçirilməsi nəzərdə tutulan plan əsasında Kəlbəcər şəhərinin daha da abadlaşdırılması və inkişafı məqsədilə öz töhvə və tapşırıqlarını vermişdir.

Kəlbəcər haqqında danışarkən, ilk öncə rayonun ərazisində mövcud olan sənaye əhəmiyyətli sərvətlərimiz, xüsusilə də qızıl, civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, həmçinin perlit yatağı, üzlük daş yatağı, gözəl dekorativliyə malik mərmər oniksi nefroid yatağı və ən əsası da təbii mineral sular yada düşür. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri, bizi dünyaya tanıdan və neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyu – İSTİSU-dur. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 818   Tarix: 24 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr