Bu gündən Bakıda güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Bu gündən Bakıda güclü leysan yağacaq - XƏBƏRDARLIQBu gündən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda noyabrın 27-dək yağıntılı hava şəraitinin olacağı gözlənilir.

Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq arabir leysan xarakterli yağış yağacağı, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı gözlənilir. Yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1288   Tarix: 25 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsveçrədən Azərbaycana gətirilən uşaq qidasında TƏHLÜKƏLİ bakterial toksin tapıldı

İsveçrədən Azərbaycana idxal edilən "Swissneo 1" uşaq qidasında "Sereulid" çirkləndiricisi aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dai

22 yanvar
.

Kamran Əsədov həbs edildi

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Gəncə Şəhər Məhkəməsi belə qərar verib. Prokuror təqsirləndirilən şəxsin qətimkan tədbiri şərtlərini pozduğu üçün seçilmi

23 yanvar
.

Xanım sahibkara "stop" qoyuldu

Bakıda fəaliyyət göstərən "El-Ay Tekstil" şirkətinin xanım rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo-nun məlumatına görə, "El-Ay Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Ba

23 yanvar
.

Güclü qar Lerikdə bir ailəni evsiz qoydu - Video

Lerikdə güclü qarın ağırlığına tab gətirməyən evin dam örtüyü uçub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun 1 metrdən çox qar yağan Hamarmeşə kəndində qeydə alınıb. Belə ki, intensiv qar kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyünü sıradan çıxarıb. Xoşbəxtlikdən evd

22 yanvar
.

"Hollywood"da kütləvi dava - Tiktokeri döydülər

Binəqədi rayonu Azadlıq prospektində yerləşən "Hollywood" restoranında kütləvi dava olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb. Məclisdə iştirak edə

22 yanvar
.

Keçən il Ali Məhkəmənin Cinayət Kollegiyası baxılmış işlərin 5 faizi üzrə qərarı ləğv edib

Ötən il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3556 işdən 75,3 faizinə mahiyyəti üzrə baxılıb. "Report" xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında deyilib. Bildirilib ki, baxılmış 2677 işdən 82,3 faizində iş üzrə qərar dəyişdirilmədə

24 yanvar
.

"Özəl xəstəxanada onkoloji yardımın göstərilməsi ilə könüllü sığorta sistemi işə düşəcək" - Adil Vəliyev

Özəl tibb müəssisələrində onkoloji yardımın göstərilməsi ilə bağlı könüllü sığorta sistemləri işə düşəcək. " xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib. A.Vəliyev xatırladıb ki, b

22 yanvar
.

"Cinayət Məcəlləsi ilə təyin olunan cəza məhkəmə hökmü ilə bitmir" - AÇIQLAMA

Cinayətlərin qarşısının alınmasında təkcə sərt qanunlar deyil, həmin qanunların praktikada necə icra olunduğu da həlledici rol oynayır. Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların real həyatda effektiv tətbiqi cəmiyyətin ədalət hissinə, hüquq sisteminə inamına və cinayətlərin təkrarlanma səviyyəsin

23 yanvar
.

"Azneft"dəki keçidin eskalatorları niyə işləmir? - Açıqlama

Bakının mərkəzindəki ən böyük yeraltı piyada keçidlərindən birinin eskalatorlarında problem yaranıb. "Qafqazinfo" xəbər verir ki, "Azneft" dairəsi adlanan ərazidəki keçidin eskalatorları bir müddətdir işləmir. Keçidin kifayət qədər dərin olması, eləcə də buradan hər gün minlərlə piyadanı

23 yanvar