Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir

Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan üçün sarsıdıcı hadisə olmuşdu. Təbii istehkamlarla bol olan Kəlbəcəri qorumaq, düşmənin hücumlarının qarşısını almaq olardı. Ozamankı siyasi rəhbərlikdə olan hərc-mərclik, ordudakı özbaşınalıq füsunkar təbiəti olan bu məkanı itirməyimizə səbəb oldu. Bu işğal həmin vaxt hakimiyyətdə olan qüvvələrə böyük inamsızlıq yaratdı və iqtidarın nüfuzdan düşməsinə səbəb oldu. Qardaş Türkiyə məhz Kəlbəcərin işğalına görə Ermənistanla sərhədləri bağladı. Bu gün də o sərhədlər bağlı olaraq qalır. BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılmasına dair ayrıca qətnamə qəbul etdi. Qətnamədə ermənilərin Kəlbəcərdən və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Azərbaycan Ordusu 27 il sonra o qətnaməni özü icra etməli oldu. Qəhrəman oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə bütün Qarabağ torpaqlarını erməni işğalından azad etdilər.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Kəlbəcərin işğalı zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb: "Kəlbəcərin əhalisi respublikanın 56 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal dövründə rayon tamamilə talan edildi, milyardlarla manatlıq sərvət Ermənistana daşındı. Bu azmış kimi 1999-cu ildən başlayaraq, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq Ermənistan dövləti Kəlbəcərdə erməniləri məskunlaşdırmağa başladı. Qədim türk dilində "çay üstündə qala" anlamını verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı zaman yaradılıb. Amma ermənilər işğal dövründə bütün tarixi, mədəni izlərimizi buradan silməyə çalışdılar. Otuz il ərzində Ermənistan münaqişənin həllinə dair aparılan danışıqlarda Kəlbəcəri Azərbaycana verməyəcəyini bəyan edirdi. Qarabağın dağlıq hissəsi, o cümlədən Laçın, Kəlbəcərə sahib çıxmaq istəyən ermənilərə ordumuz 44 günlük Vətən müharibəsində sarsılmaz zərbə vurdu. Ermənilər çıxarkən evlərə od vurmaqla, meşələrdəki qiymətli ağacları məhv etməklə öz barbar simalarını bir daha nümayiş etdirdilər.

Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin hərəkətlərini həmin istiqamətdə əhəmiyyətli dərəcədə məhdudlaşdıra bildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edildi. Kəlbəcərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə hərbi qulluqçu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olundu. Nəhayət, 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edildi".

Kəlbəcər rayonunun Baş planından söz açan deputat deyib: "Kəlbəcər şəhərində, rayonun Zallar, Zar kəndlərinə ilkin məskunlaşma layihələri icra olunmaqdadır. 82 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və onun üzərində ümumi uzunluğu 25,9 kilometr olan 5 tunelin tikintisinin 67,5 faizi artıq tamamlanıb. Meydan çayının üzərində kiçik su elektrik stansiyası tam yenidən qurulub. Tərtər çayı üzərindəki "Çıraq-1" və "Soyuqbulaq", Qaraarxac çayı üzərindəki "Çıraq-2" Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Kəlbəcərdə görülən bütün işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevinin diqqətindədir. Dövlətimizin başçısı 2020-ci ildən sonra Kəlbəcərə səfərlər edib. Hər səfər zamanı Prezident yeni tikintilərin təməlini qoyur, yeni mərkəzlərin açılışını edir. Böyük turizm potensialı olan Kəlbəcərdə çoxlu sayda müalicəvi əhəmiyyətli mineral bulaqlar var. Qablaşdırılmış "İstisu" həm daxili, həm də xarici bazarda satışa çıxarılıb. Geniş yaşıl əraziləri, meşələri, hündür qarlı dağları olan Kəlbəcər Azərbaycanın ən potensiallı, zəngin təbii sərvətli rayonlarından biridir. Rayon maldarlıq, arıçılıq və turizm üçün əlverişlidir. Bu gün Azərbaycan vətəndaşlarının istirahət üçün arzuladığı məkanlar sırasında Kəlbəcər öncül yerlərdə dayanır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 986   Tarix: 25 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr