"Elektromobillərin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var" – AÇIQLAMA

"Elektromobillərin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var" – AÇIQLAMADünən Bakıda elektrik enerjisi ilə işləyən avtobus içərisi sərnişin ilə dolu halda yolda qalıb. Sosial şəbəkələrdə yayılan videoda avtobusun yolda qamasına səbəb kimi enerji ehtiyatı qurtarması göstərilib.

"BakuBus" MMC-nin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan video görüntünü müşahidə kameralarında analiz etdikdən sonra, 28.11.2024-cü il axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğunu müəyyən edilib.

Bu hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görəsən elektriklə işləyən avtobus və maşınların hansı mənfi cəhətləri var?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Sonxeber.az – a açıqlama verib:

"Mən bu avtobuslar ölkəmizə gətirilməzdən əvvəl də demişdim ki, bu məsələ ilə bağlı yüz ölçüb bir biçmək lazımdır. Amma aidiyyatı qurumlar belə bir problemin olmadığını əsaslandırmağa çalışdı. Çünki, elektrikli avtobuslar əsasən şəhər içi istifadə olunur. Bu da o deməkdir ki, onların enerjisi uzun məsafələr üçün deyil. Yəni qısa məsafələrə enerjiləri dözə bilər. Düşünürəm ki, gələcəkdə bu məsələlər mütləq nəzərə alınmalıdır. Çünki bir çox ölkədə də bu avtobuslardan istifadə olunur. Ümumiyyətlə elektromobillərin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Məsələn Fransada il ərzində bir-neçə dəfə elektrik avtobuslarının yanması kimi dəhşətli hadisələr baş verib. Bu təkcə elektrik avtobuslarda özünü biruzə verən problem deyil. Elektrik avtomobillər də belə problemlərlə üzləşir. Yadınızdadırsa, keçən il qar yağanda elektrik avtomobil istifadə edən bir çox vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar etdilər ki, adi halda 400 km yol gedirdim, qar yağanda 250 km-dən sonra enerji bitdi. Yəni, bu, elektromobilin xüsusiyyətdir.

Bu avtobuslar istifadə edilirsə, qısa məsafələr üçün nəzərdə tutulmalıdır. Şəhər daxilində son dayanacaqda mütləq əlavə enerjidoldurma məntəqələri quraşdırılmalıdır".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3697   Tarix: 29 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr