"Polşa prezidentinin Ermənistan-Azərbaycan şərti sərhədinə səfəri, müşahidələr aparması heç də xoşməramlı deyil" - Bəhruz Quliyev

"Polşa prezidentinin Ermənistan-Azərbaycan şərti sərhədinə səfəri, müşahidələr aparması heç də xoşməramlı deyil" - Bəhruz Quliyev"Avropa İttifaqının da təmsil etdiyi kollektiv Qərbin Ermənistan-Azərbaycan münasibətlərinə yanaşması qərəzlidir, ikili standartlara söykənir və iki ölkə arasında aparılan sülh danışıqlarının ruhuna uyğun deyil. Qərbli emissarların Ermənistana səfərləri, Aİ-nin bu ölkə üzərindən Azərbaycana qarşı açıq düşmənçilik etməsi, mülki müşahidəçi adı altında gələcək müharibə üçün kəşfiyyat xarakterli məlumatların toplanmasına cəhdlər, rəsmi İrəvanın revanşa hazırlanması və digər hərəkətlər, yürüdülən təxribatçı siyasət sülhə yox, müharibəyə təşviqdir".

Bunu Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

SƏS Media Qrupun rəhbəri bildirib ki, Polşa prezidentinin Ermənistan-Azərbaycan şərti sərhədinə səfəri, müşahidələr aparması heç də xoşməramlı deyil:

"Polşa ABŞ-ın for-postu, Avropanın isə Rusiya ilə ön cəbhəsidir. Qərb bütün planlarını rəsmi Varşava üzərindən qurur. Burada əsaslı səbəblər var və məqsəd də aydındır. Bəlkə də çoxlarına qəribə görünə bilər, amma Avropa söz sahibi olan ölkələri öz ailəsinə daxil etməkdə maraqlı deyil. Çünki onları idarə etmək çətinliklər törədir. Nəzərə alsaq ki, "Qoca qitə"nin ən qocaman üzvlərinin keçmiş socialist ölkələrinə qarşı etimadsızlığı və bir az da qısqanclığı var. Polşa və Ukrayna bu statusda olan iki Şərqi Avropa ölkəsidir. Brüssel Ukraynanı İttifaqa daxil etməzdən əvvəl onun imkanlarını xeyli zəiflətmək planını reallaşdırır. Polşa Avropa İttifaqının üzvü olsa da, onun da zəifləməsi, Brüsseldən asılı vəziyyətə düşməsi üçün çox ciddi addımlar atılmaqdadır. Dudanın sərhəddə müşahidə aparması ilk baxışdan onun Aİ təmsilçisi olaraq bura gəldiyi görüntüsü yaradılır. Əslində isə Polşanın beynəlxalq imicinin xərclənməsindən söhbət gedir. Coğrafi məsafənin böyük olmasına baxmayaraq, Polşa ilə Azərbaycan arasında münasibətlər müstəqilliyiizin ilk illərindən milli maraqlarımıza uyğun olub. 2015-ci ildə Andjey Duda Polşa Respublikasının Prezidenti olduğu vaxtdan etibarən Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə - 2015-ci il - NATO Sammiti, 2017-ci ildə Polşada işgüzar səfərdə olub. Polşa Prezidenti isə 2019-cu ildə Azərbaycana rəsmi səfərə gəlib. Amma bu gün Polşa prezidentini sərhədlərimizə göndərənlərin bu münasibətlərə xələl gətirmək istəyi ortadadır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2571   Tarix: 29 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beş gün ardıcıl İŞ OLMAYACAQ - TARİXLƏR

May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir. Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən

28 mart
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanda martın 26-da havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə

25 mart
.

Daimi əsnəmək bu xəstəliklərin XƏBƏRÇİSİDİR

"Daimi və qarşısıalınmaz əsnəmə insult və ya beyin infarktının xəbərçisi ola bilər". xəbər verir ki, bu barədə rusiyalı kardioloq Andrey Kondraxin RT-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsnəmə nevroloji simptom ola bilər və buna məhəl qoyulmasa, beyinlə bağlı ciddi problemlər yaran

28 mart
.

Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb? - RƏSMİ AÇIQLAMA

Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaradıb. Bu barədə -ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib

28 mart
.

Bakıda bu yollar iki gün bağlı olacaq

Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq. xəbər verir ki, bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət 25 mart saat 08:00-da

25 mart
.

Dünyanın ən uzunömürlü insanının sirri məlum oldu - Bu formula ilə 122 il yaşadı

Rəsmi qeydlərə görə, 122 il yaşayaraq "dünyanın ən yaşlı insanı" titulunun sahibi fransız Jan Kalman müasir tibb dünyasını heyrətə salan həyat hekayəsi ilə yenidən gündəmə gəlib. 1997-ci ildə vəfat edən bu qadının uzun ömrünün sirri illər sonra açıqlanıb. xəbər verir ki, 85 yaşına qədər qılıncoynatm

24 mart
.

Elektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ

Vaxtında enerji ilə doldurulmadıqda tez sıradan çıxır. Hətta qısaqapanma yarana bilər ki, bu da bəzi hallarda avtomobillərin yanmasına səbəb olur. Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət elektrikli avtomobillərdən gedir. Elektrik avtomobillərinin əsas hissəsi sayılan batareyaların istehsal olunduğ

27 mart
.

"102"yə 763 müraciət: Polis operativ tədbirləri gücləndirdi

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-dən -a verilən məlumata görə, bir sutka ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlarda

28 mart
.

NİİM: Yağışa görə svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz diqqətdə saxlanılır

Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yayıb. Qeyd olunub ki, hava şərait

28 mart