BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-də beynəlxalq tədbirdə iştirak edəcək
Dekabrın 2-dən 6-dək Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası keçiriləcək.
"Report" xəbər verir ki, tədbir, Afrika əsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması sahəsində ən əhəmiyyətli beynəlxalq platformalardan biri kimi tanınır.
Sessiya çərçivəsində Bonayre İnsan Hüquqları Təşkilatı (BİHT), Baham adalarının BMT-dəki Daimi Nümayəndəliyi və BMT-nin Afrika Əsilli Xalqların Hüquqları üzrə Ekspertlər İşçi Qrupu tərəfindən "Ədalətin bərpası və müstəmləkəçiliyin aradan qaldırılması: Müstəmləkəyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi" mövzusunda yan tədbir keçiriləcək.
Bu mötəbər beynəlxalq tədbirlərdə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov iştirak edəcək. BTQ, müstəmləkəçilik və onun nəticələrinin aradan qaldırılması sahəsində apardığı layihələri təqdim edərək, müstəmləkə altındakı xalqların hüquqlarının bərpasına yönəlmiş təşəbbüsləri müzakirə edəcək.
Sessiya və yan tədbir Afrika əsilli xalqların tarixən üzləşdiyi ədalətsizliklərə, sosial-iqtisadi bərabərsizliklərə və insan hüquqları sahəsindəki çağırışlara diqqət yetirəcək. Tədbirin əsas məqsədi bu xalqların hüquqlarının bərpasına nail olmaq, beynəlxalq hüquq çərçivəsində maneələri aradan qaldırmaq və uzunmüddətli həll yolları üçün tövsiyələr irəli sürməkdir.
BTQ sessiyada iştirak etməklə yanaşı, fəaliyyətləri, əldə etdiyi nailiyyətlər və qarşıdakı prioritetlərini təqdim edəcək. Təşkilat, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına, tarixi ədalətsizliklərin aradan qaldırılmasına və bu xalqların azadlıq mübarizəsinə dəstək vermək məqsədilə fəaliyyətini davam etdirir.
Bakı Təşəbbüs Qrupu Bonayre xalqının müstəmləkəçilikdən azad olma uğrundakı mübarizəsinə mühüm töhfələr verib. Təşkilat mədəni irsin qorunması, insan hüquqlarının müdafiəsi və beynəlxalq hüquq çərçivəsində konkret həllərin işlənib hazırlanması istiqamətində əməkdaşlıq edir.
Bu fəaliyyətlərin zirvə nöqtəsi olaraq, 2024-cü il avqustun 22-də Bakıda BTQ-nin təşkilatçılığı ilə "Bonayre Adasının Bakıdan Keçən BMT Baş Assambleyasındakı Öz Müqəddəratını Təyinetmə Yolu" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Bonayre xalqının azadlıq mübarizəsini təmsil edən nümayəndələrlə yanaşı, Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika və Niderlanddan olan yüksək səviyyəli hökumət rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və alimlər iştirak ediblər.
Konfransda Bonayre xalqının müstəqilliyinə nail olmaq üçün beynəlxalq hüquqi mexanizmlər və bu istiqamətdə BMT-nin Dekolonizasiya Edilməli Ərazilər Siyahısına yenidən daxil edilmək məqsədilə görülən işlər müzakirə olunub.
Bakı Təşəbbüs Qrupunun belə təşəbbüslərdə iştirakı, Azərbaycanın beynəlxalq səviyyədə dekolonizasiya proseslərindəki liderlik rolunu nümayiş etdirir. Bu, həm də ölkəmizin müstəmləkəçilikdən zərər çəkmiş xalqların hüquqlarının bərpasına verdiyi töhfələrin göstəricisidir.
Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Bakı Təşəbbüs Qrupunun bu sahədəki fəaliyyəti, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq və hüquq mübarizəsinə dəstək məqsədilə aparılan qlobal səylərin mərkəzində yer alır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR