"Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib" - Baş Prokurorluq
Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb.
Sonxeber.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə deyib.
Onun sözlərinə görə, qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq istintaq dövründə dörd mərhələyə bölünüb:
"Bu, 1905-1907, 1918-1920, 1947-1953, 1987-1991-ci illərdə törədilmiş cinayətlərdir. Həmin dövrlərdə böyük sayda azərbaycanlı qətlə yetirilib və məcburi köçkünlüyə məruz qalıb".
Q.Məmmədov bildirib ki, təkcə 1987-1991-ci illərdə törədilmiş cinayətlər nəticəsində 250 mindən artıq qərbi azərbaycanlı öz tarixi torpaqlarından köçürülməyə məruz qalıb:
"Eyni zamanda istintaq materialları ilə 216 nəfər şəxsin bu proseslər əsnasında qətlə yetirilməsi müəyyən olunub. İstintaqın hazırkı mərhələsində 6522 nəfər şəxsin dindirilməsi təmin olunub. Onların zərərçəkmiş şəxs qismində tanınması təmin edilib".
O, bəzi hallarda vəfat etmiş şəxslərin hüquqi varislərinin zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanındığını qeyd edib:
"Həmçinin 216 nəfər qətlə yetirilmiş şəxsin qətlə yetirilmələrini təsdiq edən ifadələri özündə əks etdirən şəxslərin dindirilməsi təmin olunub".
Baş Prokurorluq rəsmisi vurğulayıb ki, qərbi azərbaycanlılara qarşı cinayətlərin istintaqının bir əhəmiyyəti də müxtəlif sübutlar və tədqiqat nümunələrinin ayrı-ayrı qurumlardan, tarixçilərdən və ya araşdırmaçılardan toplanmasıdır:
"Hazırkı mərhələdə bu cinayətlərin törədilməsini təsdiq edən mötəbər sübutların vahid mərkəzdə, cinayət işi materiallarında toplanmasına çalışırıq. Eyni zamanda müxtəlif xarici ölkələrə qeyd edilən cinayət hadisələri ilə əlaqədar məlumatların əldə olunması üçün beynəlxalq hüquqi yardımlar göndərilib, bir sıra hallarda zəruri sənədlər əldə olunub".
Q.Məmmədov söyləyib ki, təkcə 1987-1991-ci illərdə törədilmiş əməllər üzrə deyil, o cümlədən əsrin əvvəllərində törədilmiş əməllər üzrə xarici ölkələrin mətbuat qurumlarında dərc olunmuş ermənilərin qərbi azərbaycanlılara qarşı törətdikləri cinayətləri özündə əks etdirən mötəbər sübutlar iş materiallarına əlavə olunub:
"Bu istiqamətdə istintaq tədbirləri davam etdirilir və gələcəkdə də ictimaiyyət məlumatlandırılacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Ayı arı pətəklərini dağıdıb balları yedi
Hərbçilərinin əməkhaqları 22,8% artacaq