"Psixoloji cəhətdən baxsaq insanda heç bir hiss boş yerə deyil" - PSİXOLOQ
Boşanmaların sayı günü-gündən artmaqda davam edir. Cütlüklər aralarında baş verən müxtəlif hadisələrə əsasən belə qərarlar alınır. Günümüzdə ayrılığa başlıca səbəb olan məsələlərdən biri də qısqanclıqdır. Bəs, qısqanclıq sevginin göstəricisidir, yoxsa güvənsizliyin? Çünki qısqanana güvənmir, qısqanmayana isə sevmir deyirlər. Bəs, doğru olan hansıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Şirin Məmmədli danışıb.
O, açıqlamasında qeyd edib ki, qarşı tərəfin sərhədlərini aşmadan yaşanan qısqanclıq normaldır və hər münasibətdə olmalıdır:
"Əslində, biz psixoloji cəhətdən baxsaq insanda heç bir hiss boşuna deyil. Deyə bilmərik ki qısqanclıq hissi boşunadır. Biz sevginin nədən irəli gəldiyini dərindən araşdırsaq görə bilərik ki, burada aid olmaq və aid edilmə tələbatı var. Əlbəttə ki əgər biz monoqam münasibətlərdən söhbət ediriksə, orada mütləq şəkildə qısqanma hissi olacaq . Bu hiss o qədər mürəkkəb bir hissdir ki, biz deyə bilmərik ki əgər kimsə qısqanırsa onun psixoloji problemləri var. Yəni, bunu biz bu qədər rahat şəkildə deyə bilmərik, amma ki, qısqanmanın da psixologiyada dərəcələri var. Əlbəttə ki, əgər heç bir səbəb olmadan bir insan digərinin bütün sosial həyatına müdaxilə edirsə, onu qısıtlayırsa, qısqanclıq adı altında istismar edirsə, duyğusal şiddət göstərirsə və hətta bəzi hallarda fiziki şiddət göstərirsə bu artıq ciddi psixoloji problemdir. Çox təəssüf ki, biz şəxsiyyəti formalaşmamış bir çox cütlüklərdə bir-birini valideyn kimi qısıtlamağın sevgi adlandırıldığını görə bilirik və bir tərəf digər tərəfin karierasını bitirir, duyğusal şəkildə istismar edir və bunun adını qısqanmaq və sevgi qoyurlar. Normal səviyyədə qısqanmaq əlbəttə ki, hər birinin münasibətin içərisində mövcud olmalıdır, hətta deyərdim ki, sağlam münasibətlərin içərisində mövcud olmalıdır. Çünki partnyorlardan birinin digərini heç bir şərt altında itirmə qorxusu yoxdursa, bu o deməkdir ki, həmin partnyor digəri üçün üçün duyğusal olaraq ümumiyyətlə önəmli deyil və bu sevgi demək deyil. Yəni, bir insan iddia edə bilməz ki, mənim özgüvənim çox yüksəkdir və mən qarşı tərəfi heç bir şərt altında qısqanıram. Çünki belə halların altında yatan səbəblər gizli narsizim, qaçantip vəs. ola bilər. Yəni ki, heç qısqanclıq olmadığı halda da problem var, qısqanclıq həddindən artıq çoxdursa da problem var. Qarşı tərəfin sərhədlərinin aşmadan yaşanan qısqanclıq paranoyaqlıq səviyyəsinə çatmadan, yaşanan itirmə qorxusu normaldır və hər münasibətin içərisində olmalıdır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Gənc oğlanın 17 yaşında başladığı məşqlərdən 3 il sonrakı halını görənlər inanmır - VİDEO
Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Ayı arı pətəklərini dağıdıb balları yedi