Azərbaycanda gəlin toy gecəsi ata evinə qaytarıldı: Bəyə cinayət işi açıldı
Oğuz rayonunda toy gecəsi gəlinlə bəyin arasında yaşanmış hadisələrə görə cinayət işi açılıb.
Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Şəki rayon sakini Vahidə Məmmədova (ad və soyadlar şərtidir) Oğuz rayon sakini Səxavət Yusifov barəsində məhkəməyə xüsusi ittiham qaydasında müraciət edib.
O, nişanlısı olmuş Səxavətin Cinayət Məcəlləsinin 147.1-ci, yəni böhtan maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
İş icraata qəbul edilib və araşdırma aparılıb. Şikayətçi qız bildirib ki, el adəti ilə Səxavətlə nişanlanıb, Şəkidə qız toyu, Oğuzda oğlan toyu keçirilib. Bu ilin 28 aprel tarixində keçirilən oğlan toyundan sonra Səxavət və qohumları Vahidəni Oğuzda yaşadıqları evə gətiriblər. Lakin gecə saatlarında Səxavət və ögey anası qızın bakirə olmadığını bildiriblər və onun atası evinə qayıtmasını tələb ediblər.
Tərəflər arasında ekspertiza keçirilməsi ilə bağlı, həmçinin barışıq əldə edilməsinə dair təkliflər baş tutmayıb.
Nəticədə tərəflər arasındakı ailə-qohumluq əlaqələri pozulub. Vahidə barəsində digər şəxslər arasında da söz-söhbətin yayılmasından sonra qız qarşı tərəfi məhkəməyə verib.
Oğuz Rayon Məhkəməsində keçirilən prosesdə Səxavət Yusifov bildirib ki, o, Vahidə barəsində heç bir söz danışmayıb. Təqsirləndirilən şəxs ögey anasının bakirəliklə bağlı digər şəxslərin yanında danışdığını bildirib.
Vahidə Məmmədova isə baş verənlərin onda psixoloji zədə yaratdığını, bakirəliklə bağlı deyilənlərin böhtan olduğunu deyib.
Məhkəmə baş verənlərə görə Səxavəti günahkar hesab edib və onun Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cəzalandırılmasına qərar verilib. Hökmə əsasən Səxavət Yusifov qazancınınn 20 faizinin tutulması ilə 1 il islah işləri cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Ayı arı pətəklərini dağıdıb balları yedi
Hərbçilərinin əməkhaqları 22,8% artacaq