"Heç bir qətnamə və qarayaxma kampaniyası bizi yolumuzdan döndərə bilməz" - DEPUTAT
Xəbər verdiyimiz kimi dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda "jurnalistlər" və "siyasi fəallar"ın saxlanması bağlı ölkəmizə qarşı növbəti qərəzli bəyanat səsləndiriblər.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda "jurnalistlər" və "siyasi fəallar"ın saxlanması bağlı verdikləri bəyanat qərəzlidir və ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasının tərkib hissəsidir:
"Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq və məhkəmə proseslərinə müdaxilədir. Əlbəttə bu da hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə zidd addımdır.Qərb Azərbaycana qarşı hər zaman ikili standartlardan çıxış edib. Bu baxımdan Avropa İttifaqının qətnamələri ölkəmizə qarşı siyasi təzyiq hesab edirəm. Bu gün Azərbaycanın öz ərazilərinin suverenliyini tam bərpa etməsi və müstəqil siyasət yürütməsi Avropa İttifaqının qıcıqlandırır. Onlara 90-cı illərin əvvəllərində olduğu kimi əzilmiş, asılı vəziyyətdə olan Azərbaycan lazımdır. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər qərbin Cənubi Qafqazla bağlı bütün planlarını məhv etdi. 30 ilə yaxın dövrdə əllərində təzyiq kimi istifadə etdikləri Dağlıq Qarabağ münaqişəsini Azərbaycan öz gücünə həll etdi".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası intensivləşib:
"Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsi və COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edərək adını COP tarixinə yazdırması Avropa İttifaqının və Ermənistanü havadarlıq edən ölkələrin arzularını ürəyində qoydu. Ona görə də bu cür əsassız qətnamələrin verilməsi gözləniləndir. Heç bir qətnamə və qarayaxma kampaniyası bizi yolumuzdan döndərə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1932 Tarix: 05 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrVergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?
2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı
24 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabr