"Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir" - DEPUTAT
Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda "jurnalistlər" və "siyasi fəallar"ın saxlanması ittihamı tam yersiz və həmişəki, kimi qərəzlidir.
Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkəmizdə insanlar ancaq cinayət əməllərinə görə həbs olunur və məhkəmədə ittiham olunur. Təbii ki, Qərb öz siyasətinə tabe olmayan dövlətlərin daxilində gərginlik yaratmaq və özlərinə dayaq axtarmağa davam edir. Xüsusilə uzun illər Cənubi Qafqazda möhkəmlənməyə çalışan bu qüvvələr, daxildə özlərinə siyasi dayaq yaradaraq, onları qanun pozuntusuna və müxtəlif cinayətlərə sövq edib, siyasi məhbuslar adlandıraraq, dövlətlərin daxili işlərinə qarışır.
Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycanda kimliyindən və sosial statusundan asılı olmayaraq öz siyasi və ictimai fəaliyyətində cinayət motivləri əks etdirən bütün şəxslərin məhkəmə qarşısında məsuliyyətə cəlb olunması təmin edilir. Əks halda ölkədə özbaşınalıq və digər şəxslərin hüquqlarının pozulması günbəgün artar.
Qərb ölkələri, xüsusən də ABŞ öz ərazilərində qanunun icazə verdiyi çərçivədən kənara çıxan etiraz aksiyalarını amansızlıqla yatırır. Lakin Qərb və ABŞ heç bir əxlaqsızlığa və etirazçılar tərəfindən zorakılığın təzahürlərinə baxmadan başqa ölkələrdə keçirilən belə aksiyaları dəstəkləyirlər. Qərb öz mətbuatında başqa ölkələrdə qanun pozuntusu edən bu şəxslərə "dinc etirazçı" və ya "dinc fəal" obrazı yaradırlar, öz ölkələrinə isə hakimiyyət orqanları həmin şəxsləri cinayətkar kimi tez-tələsik cəzalandırır.
Qərb ölkələri tərəfindən daim Azərbaycanın və digər ölkələrin ünvanına insan hüquqlarının pozulmasına dair ittihamlar yağdırır. Çoxsaylı təşkilatlar Qərbə lazım olan dərəcədə KİV-də müxtəlif ölkələrdə insan hüquqlarına dair vəziyyəti işıqlandırır, "sənədli" filmlər çəkilir, "azadlıq" reytinqləri və digər subyektiv göstəricilər elan edilir.
Qərbin və xüsusilə ABŞ-ın iştirakı və dəstəyi ilə sivil və stabil yaşayışın pozulduğu, çox sayda vətəndaşların həyatını itirdiyi dövlət çevrilişlərin baş verdiyi ölkələrdən Gürcüstanda "qızılgüllər inqilabı", Ukraynada "narıncı inqilab", Livanda "sidr inqilabı", Fələstində "zeytun inqilabı" və digər dövlət çevrilişlərinə cəhd edilib. Bütün bu sadaladığım hadisələr çoxlu cinayətlərlə yadda qalıb. Hər zaman insan haqlarından danışan bu dövlətlər öz məqsədləri naminə sivil vətəndaşların yaşama haqqını əllərindən alıb, yaşadıqları bölgələri cəhənnəmə çeviriblər.
Hazırda beynəlxalq aləmdə vəziyyətin gərginləşməsinə və qlobal şəraitin pisləşməsinə görə Qərb məsuliyyət daşıyır. Beynəlxalq münasibətlərdə artan nizamsızlıq və beynəlxalq hüquq normalarına hörmətsizlik, həmçinin Qərb ilə Şərq arasında yeni qarşıdurma bütün ölkələr üçün təhlükə törədir.
Əgər böyük dövlətlər XXI əsri qanlı müharibələr, uzun sürən münaqişələr, soyqırımları, davam edən və pislənilməyən işğallar əsri kimi deyil, sülh, sabitlik, inkişaf və əməkdaşlıq əsri kimi görmək istəyirlərsə, onda beynəlxalq hüquq normalarına hörmət etmək, bərabərhüquqlu dialoq yolu ilə əməkdaşlığı reallaşdırmaq, başqa ölkələrin mənafelərinə hörmət etmək və suveren dövlətlərin daxili işlərinə qarışmamağın vacibliyini xatırlamalıdır.
Müşfiq Cəfərov
Milli Məclisin Deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Dünyanın ən zəngin futbolçularından biri klubsuz qaldı
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Gənc oğlanın 17 yaşında başladığı məşqlərdən 3 il sonrakı halını görənlər inanmır - VİDEO
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir