Xarici investorların Azərbaycanın tikinti sektoruna gəlmələri qiymətləri endirəcək?

Xarici investorların Azərbaycanın tikinti sektoruna gəlmələri qiymətləri endirəcək?Azərbaycanın tikinti sektoru xarici investorların diqqət mərkəzindədir. Hazırda daha çox Körfəz ölkələrindən olan iş adamları bu sahəyə sərmayə yatırmaqda maraqlı görünürlər. Ekspertlər bildirirlər ki, əslində pandemiyadan öncə də xarici investorların Azərbaycanın tikinti sektoruna marağı yüksək olub. Lakin COVID-19-la bağlı dünyada tətbiq olunan məhdudiyyətlər səbəbindən iş adamları biznes planlarını rəfə qaldırmalı olublar. Hazırda həmin biznes planların icrası üçün əlverişli şərait yarandığından xarici sərmayədarlar yenidən Azərbaycan bazarına maraqlarını ifadə edirlər.

Bəs görəsən, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycana gəlməsi əmlak bazarına nə vəd edir? Ümumiyyətlə, hazırda bu sahədə xarici investora məxsus şirkət fəaliyyət göstərirmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Hazır binalar və biznes mərkəzləri

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də son vaxtlar xarici investorların Azərbaycanın əmlak sektoruna maraq göstərdiyini təsdiqləyir. Onun müşahidələrinə görə, hazırda həm Ukraynada, həm də Rusiyada biznesi olan iş adamları Azərbaycanın əmlak bazarı ilə maraqlanırlar: "Məsələn, tanıdığım bir şirkət var ki, hazırda yeni tikililərdə 30-40-a yaxın mənzil axtarışındadır. Bu investorların əksəriyyəti azərbaycanəsillidir. Amma İran, Pakistan kimi ölkələrdən olan investorlar da Azərbaycanın əmlak bazarına daxil olmaqda maraqlı görünürlər. Eyni zamanda, ərəb ölkələrinin investorları da bizim daşınmaz əmlak bazarı ilə maraqlanırlar. Onlar daha çox hazır binalara, biznes mərkəzlərinə investisiya yatırmaq istəyirlər. Bildiyiniz kimi, xarici vətəndaşlara torpaq satışı həyata keçirilmir. Amma hazır tikililərə xarici sərmayəli şirkətlərin investisiya yatırmasına heç bir məhdudiyyət yoxdur. Ona görə də bu istiqamətdə tələblər yüksəkdir".

Ekspert vurğulayıb ki, hazırda xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycanın tikinti bazarında birbaşa fəaliyyəti yoxdur. Onun sözlərinə görə, xarici tikinti şirkətləri bu sektorda yalnız podratçı qismində iştirak edirlər: "Hazırda onlar bizim yerli şirkətlərin sifarişi əsasında müvafiq tikinti işləri aparırlar. Birbaşa tikintini həyata keçirən xarici sərmayəli tikinti şirkəti yoxdur. Onlar sərmayələrini əsasən ticarət məqsədilə hazır əmlaklara yönəldirlər. Xarici sərmayədarları daha çox cəlb edən qeyri-yaşayış sahələridir".

R.Qasımzadə bildirib ki, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycan bazarına daxil olması bu sahənin inkişafına təkan verəcək: "Bu, həm də bazarda yeniliklərə gətirib çıxaracaq. Belə ki, bazara yeni müasir texnologiyalar, yeni standartlar daxil olacaq. Eyni zamanda, bazarda rəqabət artacaq ki, bu da daha rəqabətli qiymətlərin yaranmasına səbəb olacaq".

Tələbat qeyri-yaşayış sahələrini 3 dəfə bahalaşdırıb

Ekspertin sözlərinə görə, son vaxtlar həm yerli, həm də xarici investorların qeyri-yaşayış sahələrinə maraq göstərməsi əmlakın bu seqmentində qiymət artımına səbəb olub: "Məsələn, 2-3 il bundan əvvəl 1 kvadratmetri 5 000 manata təklif olunan qeyri-yaşayış sahələrinin kvadratmetri hazırda 15 000 manatdır. Yəni qiymətlər son 3 ildə təxminən 3 dəfə artıb. İlin birinci yarısı ilə müqayisədə indi qiymətlərdə 10 faiz əlavə artım müşahidə olunur. İnvestorlar daha çox Səbail, Nəsimi və Nərimanov kimi mərkəzi ərazilərə maraq göstərirlər".

Bazarda yeni formalar meydana çıxacaq

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev hesab edir ki, əmlak sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə aparılan islahatlar yerli bazarı xarici investorlar üçün cəlbedici edib: "Bununla bağlı "yol xəritəsi" hazırlanıb və işçi qrupu yaradılıb. Əsas məqsəd də odur ki, Azərbaycanda bu sahədə maraqlı olan investorların qarşılaşdıqları bürokratik əngəllər qısa zamanda aradan qaldırıla bilsin. Bu istiqamətdə işlər davam etdirilir və ciddi nəticələr əldə olunub. Məsələn, artıq daşınmaz əmlakın qeydiyyata alınması, tikintinin həyata keçirilməsinə icazələrin verilməsi və s. asanlaşdırılıb. Bu addımlar da öz növbəsində xarici investorları cəlb edir''.

Ekspert bildirib ki, Körfəz ölkələrindən investisiyaların əmlak bazarına daxil olması bu sektor üçün əlavə maliyyə mənbələrinin formalaşması deməkdir. Onun sözlərinə görə, bu investisiyalar əmlakın əldə olunması istiqamətində yeni formalar meydana çıxaracaq: ''Bu formalardan biri ondan ibarətdir ki, halal yolla əmlakın əldə olunmasına imkanlar yaranacaq. Bazarda bir çox müştərilər var ki, uzunmüddətli və ədalətli şərtlərlə əmlak əldə etmək istəyirlər. Yeni məhsulların ortaya çıxması məhz həmin müştərilərin bazarda aktivləşməsinə səbəb ola bilər''.

Xüsusi tədbirlər planına ehtiyac var

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev isə deyib ki, Azərbaycanın tikinti və əmlak sektorunda xarici investorlar məhdud saydadır: "Əslində xarici sərmayəli şirkətlərin Azərbaycana gəlməsi bizim xeyrimizədir. Bu, əmlak bazarının daha da inkişafına təkan verəcək. Əvvəllər Rusiyadan investorlar bizim tikinti və əmlak bazarına daha çox maraq göstərirdilər. İndi maraq nisbətən zəifləyib. Müşahidələr göstərir ki, xarici investorlar daha çox Türkiyə bazarına meyl göstərirlər. Etiraf edək ki, Türkiyənin tikinti və əmlak bazarına daxil olmaq xarici investorlar üçün daha cəlbedicidir".

Ekspert vurğulayıb ki, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycana cəlb edilməsi üçün müəyyən güzəştlərin nəzərdə tutulması vacibdir. Onun fikrincə, bununla bağlı xüsusi tədbirlər planının hazırlanmasına ehtiyac var.

"Bu sektor yerli biznesmenlərə yaxşı gəlir qazandırır"

İqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, hər bir dövlət xarici investorları ölkəsinə cəlb etməkdə maraqlıdır: "Xarici investorun hər hansı bir ölkəyə gəlməsi həmin ölkə üçün əlavə dəyər yaradır. Son dönəmlər xarici investorların ölkəmizə marağının artması Azərbaycanın iqtisadiyyatı ilə bağlıdır. Çünki onlar beynəlxalq reytinq təşkilatlarının rəyini nəzərə alaraq hər hansı ölkəyə sərmayə yatırırlar. Bunun son nümunəsi odur ki, bu yaxınlarda "Fitch Ratings" beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla "BB+"dan "BBB-"yə yüksəldib. Bu, Azərbaycanın iqtisadi dayanıqlığını və güclü xarici iqtisadi tarazlığını göstərir, investisiya və iqtisadi artım üçün perspektivli gələcəyə işarə edir".

İqtisadçının fikrincə, xarici sərmayədarların Azərbaycanın tikinti və əmlak bazarına maraq göstərməsi heç də təsadüfü deyil. Onun sözlərinə görə, ölkəmizdə bu sektor uzun illərdir ki, yerli biznesmenlərə yaxşı gəlir qazandırır: "Çünki bu sahədə tələb həddindən artıq çoxdur. Qarabağın işğaldan azad olunması ilə tələb daha da yüksəlib. Hazırda həmin ərazilərdə böyük yenidənqurma və infrastruktur işlərinin həyata keçirilməsi xarici investorların da diqqətini çəkir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 811   Tarix: 08 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr