"Networking Azerbaijan" 2024-cü ilin son netvörkinqini keçirib
"Networking Azerbaijan" biznes klubu daha bir yeni biznesi öz üzvlərinə tanıdıb. Budəfəki "Networking Day" yeni açılmış Stereohall-da keçirilib. Şəhərin mərkəzində yerləşən, müxtəlif musiqili və digər mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bu məkan rahat atmosferi ilə biznes klub üzvlərinə səmimi ünsiyyət şəraiti yaradıb.
Stereohall-un direktoru Fuad Həşimzadə sahibkarları salamlayaraq, məkanın xidmətləri və imkanları barədə məlumat verib.
Daha sonra "Networking Azerbaijan"ın təsisçiləri Əliağa Kürçaylı və Orxan Hacıyev çıxış edib. İlin yekunlarından danışan Orxan Hacıyev keçirilən görüş və tədbirlər, yeni qoşulan üzvlərin sayı barədə qonaqları məlumatlandırıb. Orxan Hacıyev çıxışında gələnilki planlara da toxunub. Klub üzvlərinə veriləcək yeni üstünlüklər, qarşılıqlı faydalı olmaq ideyaları ilə sahibkarları tanış edib. "Əhatəniz qədər güclüsünüz!"- deyən biznes klub həmtəsisçisi iş adamlarını bir-biri ilə işgüzar münasibətləri gücləndirməyə çağırıb.
Klub üzvləri də öz növbələrində təmsil etdikləri bizneslər, uğur və planları haqqında məlumat veriblər.
Qeyd edək ki, "Networking Azerbaijan" Biznes Klubu 2017 – ci ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 – ə qədər sahibkar və idarəçilər üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.









Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 858 Tarix: 17 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabr