Bakının 6 rayonunda yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək
Bakının Binəqədi, Yasamal, Səbail, Xətai, Sabunçu və Suraxanı rayonlarının 15 küçəsində yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi nəzərdə tutulur.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi hazırlıqlara başlayıb.
Məlumata görə, proses Binəqədi rayonunun II Mədən, Gənclik, 10 May və Davud Əhmədov, Yasamal rayonunun Zivər bəy Əhmədbəyov, Səbail rayonunun Əli Nəzmi, Salman Mümtaz və Seyran Məmmədov, Xətai rayonunun Marat Əmirxanov, Sabunçu rayonunun Babək, Möhsün Sənani, Əsildar Məmmədov və Mehdi Hüseynzadə, Suraxanı rayonunun Səttar Bəhlulzadə və 46-cı Yeni Suraxanı küçələrindəki yaşayış binalarında yerləşən mənzilləri və qeyri-yaşayış obyektlərini, eləcə də onların əlavə artırma sahələrini əhatə edəcək.
Qiymətləndirmə Konstitusiyaya, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna, milli və beynəlxalq qiymətləndirmə standartlarına, müvafiq qanunvericilik aktlarına uyğun şəkildə aparılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1217 Tarix: 18 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabr