"Fransa, ABŞ parlamenti, Niderland və İsveçrə parlamentinin aşağı palatasının riyakar bir qətnamə qəbul etməsi gözlənilməz olmadı" - DEPUTAT

"Fransa, ABŞ parlamenti, Niderland və İsveçrə parlamentinin aşağı palatasının riyakar bir qətnamə qəbul etməsi gözlənilməz olmadı" - DEPUTAT"Fransa, ABŞ parlamenti, Niderland və İsveçrə parlamentinin aşağı palatasının riyakar bir qətnamə qəbul etməsi gözlənilməz olmadı".

Bu sözləri Sonxeber.az - açıqlamasında deputat Vüqar İskəndərov deyib:

Deputat qeyd edib ki, dəfələrlə söyləmişik ki, bir düymə ilə idarə olunan dövlətlər və qüvvələr Azərbaycanın inkişafını qəbul etmir, ölkə başçımızın qlobal liderlər sırasında möhkəmlənməsini qəbul etmək istəmirlər:

"Bu gün həm iqtisadi, həm siyasi cəhətdən sürətlə güclənən Azərbaycanın tərəqqisinə qısqanclıqla yanaşan qüvvələr Ermənistanla aramızda sülh müqaviləsinin imzalanmaması üçün açıq-aşkar hərəkətə keçib. Təbii ki, proseslər rəsmi Bakı tərəfindən izlənilir və İsveçrə parlamentinin aşağı palatasının bu riyakar qətnaməsində sülh konfransı adlı qətnamənin müəllifi Erix Fontobeldir. Onun erməni lobbisindən gələn çirkli pullarla qidalanması və öz ətrafına bir çox deputatları cəlb etdiyi məlumdur. Həmin iclasda İsveçrənin xarici işlər naziri də iştirak edib. O hökumət nümayəndəsi olaraq öz etirazını bildirə bilərdi. Amma təəssüflər olsun ki, bu baş vermədi. İsveçrə də Fransa, Niderland və digərlərinin xoruna qoşularaq adi kağız parçası hesab etdiyimiz qətnaməni qəbul etdi. Biz həmişə qeyd etmişik, bu, kağız parçasından başqa birşey deyil. Heç bir mənası, hüquqi qüvvəsi yoxdur.

Dünyada baş verənlərə nəzər yetirsək görərik ki, Ukrayna üçün dəridən qabıqdan çıxan da qərbdir, separatçılıqdan danışan da.Onlar bunu Azərbaycana qarşı etməklə bir daha özlərinin riyakar siyasətlərini bəyan etmiş oldular. Bu konkret Avropada islamofobiya, türkfobiya, azərbaycanfob siyasətin tüğyan etməsini göstərir. Xristian klubuna bənzəyən Avropa ittifaqı, onun digər institutları açıq-aydın dini ayrıseçkilik edirlər. Çünki torpaqlarımızı işğal edən və soydaşlarımıza qarşı misli görünməmiş vəhşiliklər, soyqırımlar törədən Ermənistana qarşı 30 il ərzindəbir dəfə də olsun təzyiq göstərilməyib. Əksinə, 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə gördük ki, torpaqlarımızın işğalda qalmasına tək Ermənistan maraqlı deyil. Qərb dövlətləri də Cənubi Qafqazda daimi münaqişənin olmasında maraqlıdır. Bu gün qərbin yürütdüyü bu siyasət bir daha beynəlxalq hüququn işləmədiyini bütün dünyaya açıq-aydın göstərir. Düşünürük ki, bu qətnamə İsveçrə hökuməti tərəfindən qınanmalı və onların rəsmi mövqeyi olmadığı bildirilməlidir. Hələlik, bu barədə İsveçrə tərəfi susqunluq nümayiş etdirir. Bu qüvvələr təbii olaraq Azərbaycan və Ermənistanın masaya oturaraq anlaşmasının da qarşısını almağa çalışırlar. Çünki iki ölkə tərəflər olmadan bir çox vacib qərarları almağı bacardılar".

Deputat vurğulayıb ki, sülh müqaviləsinin bir çox bəndələrinin razılaşdırıldığını bilirlər:

"İki ölkənin sülhə yaxın olduğunu görürlər və hazırda onların arasını pozmaq cəhdlərini həyata keçirirlər. Bu gün bu qüvvələr bütün şər maşınlarını işə salıblar. Düşünürük ki, belə qətnamələrin heç bir faydası yoxdur. Ermənistan reallığı anlamalıdır. Azərbaycan bölgədə yeni siyasi mənzərə formalaşdırır. Artıq geosiyasi anlamda baxsaq, Ermənistan mütləq sürətdə öz ərazisini digər böyük dövlətlərin plasdarmına çevirmə siyasətindən imtina etməli və milli maraqları tələb edən məsələləri icra etməlidir. O da Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, Türkiyə sərhədlərinin açılmasından, bütün yolların bərpa edilməsindən keçir ki, bu da elə ən çox Ermənistanın özünə lazımdır. Düşünürük ki, Ermənistan bu rasional siyasətin icra olunması üçün əməli addımlar atmalıdır"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1983   Tarix: 18 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021