Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən əri, Türkiyə vətəndaşı Muhammet Gündüzün cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Sonxeber.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Samir Məmmədov çıxış edib.
Prokuror Muhammet Gündüzün 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ötən il mayın 7-də Novxanı qəsəbəsində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.
Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər klinikalardan birində plastik cərrah kimi fəaliyyət göstərib./APA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1461 Tarix: 23 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda iki bacı dəm qazından boğulub öldü
Bakıda iki bacı dəm qazından boğularaq ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qaradağ rayonunda qeydə alınıb. Belə ki, Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova yaşadıqları evdə dəm qazından zəhərlənərə
20 yanvarƏmircanda at ətindən qutab satılırmış
Daxil olan müraciət əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Q.Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Cavanşir Tair oğlu Quliyevə məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məluma
21 yanvarBakıya qar yağır - Faktiki hava
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə qar yağır, bəzi yerlərdə qarın hündürlüyü 85 sm-ə çatır. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Yağan qarın hündürlüyü Lerikdə 85
20 yanvarQarlı havaya görə məktəblərdə tədrislə bağlı - Açıqlama
"Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir". xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləc
21 yanvarAğsuda zəlzələ oldu
Yerli vaxtla saat 01:52-də Pirqulu stansiyasından 13 km cənubda, Ağsu rayonunda 3,3 maqnitudada zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata əsasən, zəlzələ 3 bal gücündə hiss olunub. Zəlzəl
21 yanvarBakıda musiqiçi faciəli şəkildə öldü
Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb. -ın məlumatına görə, hadisə dünən axşam saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib. B.Əzimov sa
21 yanvar