Putin Əliyevi təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə dost Azərbaycan sosial-iqtisadi inkişaf yolu ilə inamla addımlayır, dünya arenasında öz mövqeyini möhkəmləndirir. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulmasına və möhkəmləndirilməsinə şəxsi töhfənizi olduqca yüksək qiymətləndirirəm.
Mehriban yoldaşlıq əlaqələrimizi çox dəyərləndirirəm. Əlbəttə, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı birgə sıx işimizin davam etdirilməsinə şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1318 Tarix: 23 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT
"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond
11 iyunPrezident sloveniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v
25 iyunAzərbaycan xalqının xilaskarı - Heydər Əliyev
Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl
8 iyunHacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi
Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda
11 iyun