Azərbaycanın üzrlə bağlı tələbinə - Kremldən reaksiya
"Kreml istintaq yekunlaşana qədər Aktauda "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı qiymətləndirmələr etməyəcək".
"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Bununla yanaşı, jurnalistlər Peskova Kremldə Azərbaycan tərəfinin Rusiyanın qəza ilə bağlı üzr istəməsi tələbini görüb-görmədikləri ilə bağlı sual ünvanlayıb. O isə suala "Əlbəttə, görmüşük. Artıq bildirdiklərimə əlavə edəcək bir şey yoxdur" deyərək cavab verib.
Qeyd edək ki, "Caliber.Az" Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən, Rəsmi Bakının Rusiyadan üzr gözləməsini bildirib: "Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir".
Xatırladaq ki, dünən "Euronews" "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raketin olduğunu yazıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda pensiyaların VERİLMƏ TARİXİ DƏYİŞƏ BİLƏR - hər ayın eyni günü…
Sodayla ağ saçlardan qurtulmağın yolu
Məktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Hava dəyişir: Bu tarixədək YAĞIŞ YAĞACAQ - XƏBƏRDARLIQ
Rafael Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu
Tənha qadınların pensiya yaşı azaldıla bilərmi? - İqtisadçıdan AÇIQLAMA
Əhaliyə PİS XƏBƏR! Bu məhsul kəskin şəkildə BAHALAŞACAQ - XƏBƏRDARLIQ
Avropadakı dəhşətli istilər Azərbaycana gəlir? - TARİXİ AÇIQLANDI
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?