"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - DEPUTAT

"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - DEPUTATİranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub.

Bunu Sonxeber.az-a deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Molla Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib:

"7 yanvarda Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan-İran münasibətlərində yaşanan çətinliklərə toxunaraq əyalət mollaların Azərbaycan və Türkiyə prezidentləri, həm bizim xalqları təhqir etməsini təəssüf doğurduğunu, həmin mollaları cəzalandırmalı və Azərbaycandan üzr istəməli olduğuınu bildirdi. Onu qeyd etmək istəyirəm ki, İranda mollalar müstəqil şəkildə belə fikirlər söyləyə bilməz. Çünki, İranda siyasi məsələlərə Ali dini lider və digər dövlət qurumları tərəfindən ciddi nəzarət olunur. Mollaların siyasi məsələlərə daxil olması ancaq müəyyən dairələrin tapşırıqları əsasında baş verə biləcəyini hesab edirəm. Bu baxımdan Ərdəbil, nə də Qəzvin şəhərinin mollaları özbaşına siyasi məsələlərə qoşulub ölkələrimizə qarşı təhqir ifadələri işlətmirlər. Bəli, cənab Prezidentin müsahibəsi həm də İranın müfaviq dairələri üçün bir mesaj xarakterli bəyanatdır. Əgər İran qonşu ölkələrin suverənliyinə hörmətlə yanaşırsa və münasibətlərini davam etdirmək istəyirsə, iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək belə halların baş verməsi və davam etməsinə imkan verməməlidir. Bu baxımdan cənab Prezidentin çıxışından sonra İranda müvafiq dairələr ölkələrimizə təhqir yağdırmış mollalarla iş aparmağa başladığını hesab edirəm".

Deputat vurğulayıb ki, bu məsələnin dövlət rəhbəri səviyyəsinə qalxaraq münasibət bildirməsinin mollaları qorxuya salması təbiidir:

"Çünki, mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar. Gedib dini təbliğ etsin, möizə oxusun və molllalıq etsin. Siayəsət isə onlarlıq deyil. Hesab edirəm ki, İran dövləti heç olmasa görüntü göstərmək üçün bir-iki mollanı cəzalandıracaq. Çünki, bu gün İran dünyadan təcrid olunub. Bu baxımdan Azərbaycan və Türkiyə ilə münasibətlərinin pislşməsi indiki zamanda İran dövlətinə heç də lazım olmadığını hesab edirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 801   Tarix: 13 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr