"Ərdoğan və Əliyevin şəxsi dostluğu ilə də Türkiyə və Azərbaycan əlaqələri əsl qardaşlıq nümunəsinə çevrilmişdir" - DEPUTAT
"Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin çalışmaları tarixi əhəmiyyətə malikdir. Hər iki dövlət başçısı "Bir millət, iki dövlət" prinsipinə sadiq qalaraq, iki qardaş ölkə arasında strateji tərəfdaşlığı ən yüksək səviyyəyə qaldırıb".
Bunu Sonxeber.az-a danışan deputat Razi Nurullayev bildirib.
Deputat qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın açıq dəstəyi, xüsusilə 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə göstərdiyi siyasi, mənəvi və diplomatik köməklə özünü büruzə verdi:
"Ərdoğan həm beynəlxalq arenada Azərbaycanın mövqeyini dəstəkləmiş, həm də Türk xalqının Azərbaycanla həmrəyliyini nümayiş etdirmişdir.
Eyni zamanda İlham Əliyev Türkiyə ilə münasibətlərin qurulmasında uzaqgörən siyasəti ilə Türkiyə ilə əməkdaşlığı daha da dərinləşdirib. TANAP və TAP kimi enerji layihələri, hərbi əməkdaşlıq, birgə təlimlər və diplomatik uğurlar, həm Azərbaycanın, həm də Türkiyənin uğurlarıdır. Bu əməkdaşlıq təkcə regional deyil, həm də qlobal əhəmiyyət kəsb edir.
Ərdoğan və Əliyevin şəxsi dostluğu ilə də Türkiyə və Azərbaycan əlaqələri sadəcə tərəfdaşlıq deyil, həm də əsl qardaşlıq nümunəsinə çevrilmişdir. Bu münasibətlər zamanın sınağından keçmiş və gələcəkdə də daha da güclənərək hər iki xalqın rifahına xidmət edəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 778 Tarix: 13 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabr