"Elə paylaşımlar edən insanın dəfnində nə işim var?"
"Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür? Mənim evdə iki övladım böyüyür".
Sonxeber.az xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında rejissor Rövşən İsax bildirib.
Rejissor əlavə edib ki, onun mərhum aktrisa ilə hər hansi bir problemi olmayıb, sadəcə davranışlarına görə ona münasibəti yaxşı deyil:
"Allah rəhmət eləsin, mənim onunla bir prinsipim olmayıb, problemim, davam olmayıb. Sadəcə olaraq, fikirləşmişəm ki, mən ora gedərəm, onun haqqında məndən nəsə soruşarlar, gərək nəsə deyim. Ölən adam haqqında pis nəsə demək mədəniyyətsizlikdir. Yaxşı da nə deyim? Mən onu dəvət edəndə, çəkiliş müddətində o adamdan əksik heç bir hərəkət görməmişəm. O məşhurlaşandan sonra yaşına yaraşmayan hərəkətlər eləməyə başladı. Mən də əlaqəni tamamilə kəsdim. Mən kiməm ki, onun həyatına müdaxilə edim? Deyim, belə eləmə ayıbdır, belə eləmə ayıbdır. "Vicdan Haqqı" serialı bitib və mənim o adamla heç bir vaxt əlaqəm olmayıb. Nə nömrəsi var məndə, nə onun yaxın adamlarıyla heç bir əlaqəm olmayıb. Nə işlə məşğul olub qətiyyən xəbərim olmayıb".
Rövşən İsax Çimnaz Sultanova haqqında vaxtilə ATV kanalının efirində səsləndirdiyi " Onunla salamlaşmağı özümə ayıb bilirəm" çıxışına da aydınlıq gətirib:
"Allaha and olsun efirimdəki çıxışımdan sonra Çimnaz mənə zəng etməyib. Mən onun haqqında axı əskik bir şey demədim. Dedim ki, mən ona salam verməyi utanıram. Bitdi".
Tanınmış rejissor sosial şəbəkələrdə Çimnazı məşhurlaşdırdığı üçün onu qınayanlara da münasibət bildirib:
"Təsəvvür edin ki, çəkildiyi filmə görə aktyor və aktrisaya böyük məbləğdə qonarar verirəm. Həmin şəxslər əldə etdiyi qazancla sonradan gedib hər hansı pis vərdişlə məşğul olurlar. Bu o deməkdir ki, onları pis yola mən çəkmişəm? Bu nə yanaşmadır?".
Qeyd edək ki, 43 yaşında dünyasını dəyişən aktrisanın dəfninə vaxtilə çəkildiyi "Vicdan haqqı" serialının rejissoru Rövşən İsax və yaradıcı heyətin əksəriyyəti getməyib. Bu da sosial şəbəkədə müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4086 Tarix: 16 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabr