Atası Çimnazın ölümündə həkimləri günahlandırdı - Video
"Anası rəhmətə getdi, ağlaya bilmirdi, stres keçirirdi. Sentyabrın 25-də anası öldü, oktyabrda ağrıları başladı. Anasının 40 mərasiminə 1 həftə qalmış pisləşdi".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov "Xəzər axşamı"na açıqlamasında deyib. O, qızının anasının vəfatından sonra vəziyyətinin ağırlaşdığını bildirib:
"Mənə zəng etdi ki, ata, gəl. Getdim, dedi ki, ölürəm, apar məni həkimə. Mədə, bağırsaq keçməməzliyi yarandı. Bunu düzüb-qoşduq, gəldi evə, bizimlə otururdu. Həkimə dedim ki, nə zaman sağalacaq? Dedi, ay yarıma. 21-ci gündə zəng gəldi, həkim dedi gəl. Mənə dedi ki, ata depozit istədilər. Apardım depoziti qoydum. Deyirəm axı həkimlər deyirdi 2 ay keçməlidir, 21 gün tezdir. 7 saat əməliyyat keçdi. Bir gün keçdi yenə çağırdılar ki, vəziyyəti pisdir. Cərrahlar baxanda deyirdi ki, 21 gün tezdir, 2 ay keçməlidir. Bunu saldılar kritik ölümə. Günü-gündən psiləşdi. Ayaqları tutuldu, gəzə bilmədi. Həkim deyir, ölümdən qurtarmışıq. Deyirəm, qızım ayaqları ilə xəstəxanaya gəlib, siz ölümə salmısınız. Heç vaxt təzyiqi yox idi, təzyiqini qaldırdılar. Səhər getmişdim yanına, deyirdi, sıyıq, kəsmik yemişəm.
Aktiv idi, arzuları çox idi. Qohum, dost sevən idi. Şəhərdə yaşayırdı. Anası vəfat edəndən sonra deyirdi atamın yanına köçəcəyəm".
Qeyd edək ki, Çimnaz yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1523 Tarix: 17 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabr