Lənkəranı su basdı - Video
Lənkəranda ötən gündən etibarən yağan güclü yağış bir sıra problemlər yaradıb.
Sonxeber.az xəbər verir ki, şəhərin mərkəzi küçələrini su basıb.
Sakinlərin sözlərinə görə, yağış sularının küçələrdə yığılıb qalmasına səbəb kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasıdır. Vətəndaşlar küçələrdən artıq maşınla da keçməyin mümkünsüz hala çevrildiyini deyirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, intensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilər subasmaya məruz qalıb:
"Bununla əlaqədar dərhal Nazirliyin Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1264 Tarix: 06 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanılıb
"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər" Dövlət Proqramına əsasən paytaxtda 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Bu layihələrdən biri Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçələrini əlaqələndirən yen
18 yanvarBu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr edilib. -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlə
17 yanvar"3 ildir Ağalıda yaşayırıq, xəstələnmirik" - VİDEO
Zəngilanın Ağalı kənd sakini sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, izləyiciləri ilə maraqlı etirafını bölüşərək bildirib ki, kənddə üç ildir yaşadıqları müddətdə uşaqları xəstələnməyib:. "3 ildir burada yaşayırıq, uşaqlarımız bu müddətdə xəstələnməyib. Soyuq havada da gəzməy
16 yanvarAygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni kadr təyinatı həyata keçirilib. xəbər verir ki, müvafiq qərarla Səfərli Aygül Rahib qızı Dövlət Sosial Müdafiə Fondunun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialının Ümumi işlər üzrə departamentinin müdir
16 yanvarPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. "Report" xəbər verir ki, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 20 Yanvar hadisələr
18 yanvarBeş gün qar yağacaq, 20 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ
Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir
18 yanvar