Timsahlar sərxoş kişini parçaladı
Kubada timsahlar sərxoş adamı parçalayıblar.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə fevralın 7-də timsah fermasının yerləşdiyi Matanzas əyalətinin Boka de Quama turizm mərkəzində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, həmin sərxoş mərkəzin ərazisində olub. Qəflətən alt paltarını soyunub və timsahlarla dolu olan gölə atlayıb. Dərhal heyvanlar onu parçalayıblar. Sonradan məlum olub ki, həmin adamın adı Pablodur, soyadı açıqlanmır.
"Hər şey gözümün qabağında olub. Mən orada işləyirəm, o da içəri girdi. O, sərxoş idi. Bu, indiyə qədər gördüyüm ən qorxunc mənzərədir. Bu kabus başımdan çıxa bilmir. 1959-cu ildə bura açılandan bəri belə hadisə baş verməyib" deyə fermanın işçisi Kevin Fernandez bildirib.
Pablonun yaxınları bildiriblər ki, onun həqiqətən timsahlara tərəf tullandığını, yoxsa hasarın kənarında sürüşüb-sürüşdüyünü hələ bilmirlər. Kişinin bacısı qızı baş verənlərdən bütün ailənin şoka düşdüyünü bildirib. O, fermada lazımi təhlükəsizlik tədbirlərinin olub-olmadığını araşdırmağa çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1218 Tarix: 12 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlunun bombalı hücumundan sağ çıxmışdı, ürəktutmadan öldü
Türkiyənin Mardin vilayətində ötən il oğlunun avtomobilinə yerləşdirdiyi uzaqdan idarə olunan partlayıcı ilə öldürülmək istənilən Mehmet Eye vəfat edib. xəbər verir ki, 2024-cü il iyunun 30-da Mazıdağı rayonunda baş verən hadisədə miras üstündə yaranan mübahisə səbəbindən Polat E.-nin atası Mehmet Eyen
3 iyulYemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO
Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb
7 iyulZaur Kamal qəzaya düşdü - Foto
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirdib. Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. "Gəncəyə çataçatda oldu. Salamatçılıqdır" deyə, Zaur əlavə edib. Aparıcı daha sonra "Geländewagen" markalı maşınının əzilmiş fotosunu paylaşaraq "Bu da bel
4 iyul58 yaşlı iş adamı başından güllə yarası almış vəziyyətdə tapılıb
Muğlanın Datça rayonunda tikinti sahəsində 58 yaşlı iş adamı Z.B. iş yerində başından güllə yarası almış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə barədə daxil olan məlumat əsasında əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralıya hadisə yerində ilkin tibb
3 iyul