Türkiyəli müğənni Mert Demirin məşhur mahnısı oğurluqdur? - Məhkəməyə verildi
Məşhur türkiyəli müğənni Mert Demirin tanınmış "Antidepresan" mahnısının plagiat (oğurluq) olması ittihamı ilə bağlı ekspertiza hesabatı açıqlanıb. Sözügedən hesabat məhkəmə prosesi zamanı qeydə alınacaq.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Mert Demirin mahnısının plagiat olduğu iddiası məşhur müğənninin pərəstişkarlarına böyük şok yaşadıb.
Belə ki, Merve Holefter adlı qadın müğənni "Antidepresan"ın nəqarət hissəsinin özünün "Alınsam" mahnısının nəqarəti ilə eyni olduğunu bildirib, maddi və mənəvi hüquqların pozulması ittihamı ilə prokurorluğa müraciət edib.
Prokurorluq MSG-dən (Musiqi Əsərləri Sahibləri Peşəkar Birliyi Qrupu) hər iki mahnının araşdırılmasını tələb edib.
MSG-nin ekspert komissiyası "Antidepresan" və "Alınsam" mahnılarının ciddi şəkildə bənzərlik təşkil etdiyinə dair hesabat hazırlayıb. Mert Demir bu hesabata etiraz etdiyü üçün ekspert komissiyası daha bir ekspertiza keçirib. Eyni qənaətə gələn komissiya hesabatı eyni nəticə ilə yeniləyib.
MSG-nin ekspert komissiyası tərəfindən hazırlanan hesabat məhkəmədə mühüm məlumat kimi istifadə olunacaq. Bu halda Merve Holefter böyük ehtimalla, açdığı təzminat işini qazanacaq. Bu zaman Mert Demir Holefterə 2 milyon lirə (təxminən 94 min manat) mənəvi, 10 min lirə (467 manata yaxın) də maddi təzminat ödəyəcək. Həmçinin Merve Holefter "Antidepresan"ın qonorarından da pay alacaq.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1043 Tarix: 05 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəlzələ zamanı jurnalistlərin işi tərk etməməsi təqdir edildi - VİDEO
Türkiyənin Şanlıurfa şəhərinin Karaköprü rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin ocağı təxminən 7,4 kilometr dərinlikdə yerləşib. Təkanları hiss edən bəzi sakinlər təhlükəsizlik məqsədilə ev və iş yerlərindən çıxaraq açıq ərazilərə üz tutublar
24 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabr