Xırdalanda çoxmərtəbəli binada yanğın - Yenilənib
Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən "Kristal Abşeron 1" yaşayış kompleksindəki binaların birində yanğın başlayıb.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:
"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək".
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə almağa və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1546 Tarix: 20 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrQadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on
21 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrSel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda 2021-ci ildə baş verən dağıdıcı selin izləri hələ də qalmaqdadır. Bayramqazı kəndində yerləşən üçmərtəbəli binanın demək olar ki, tamamı torpağın altında qalıb, yalnız damı üzə çıxıb. xarici mediaya istinadla xəbər verir ki, 11 avqust 2021-ci ildə Qərb
24 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabr