Alimentə görə məzar daşlarını DAĞITDI - FOTO
Qusarda qəbiristanlıqda məzar daşlarını dağıdan şəxsin cinayət işinin təfərrüatı məlum olub. Həmin şəxsin qəbir daşlarını qisas məqsədi ilə dağıtdığı məlum olub.
Hadisə Qılahoba kəndində qeydə alınıb. Qəbirləri dağıdan şəxsin 44 yaşlı Pərviz Eldarov olması müəyyən edilib.
Pərviz Eldarov ifadəsində qəbir daşlarını dağıtmasından danışarkən məlum olub ki, o, qayınatasının qəbir daşını dağıtmaq istəyərkən digər iki qəbir daşını səhvən dağıdıb.
"Yoldaşımla ayrılmışdıq. Münasibətlərimiz yaxşı deyildi. Məndən aliment tələb etdiyinə görə əsəbiləşdim. Axşam içki içəndən sonra qəbiristanlığa getdim. Qayınatamın qəbir daşını dağıdacaqdım. Birinci qəbir daşını səhvən dağıtdım. Dedim bəlkə qayınatamın qəbir daşıdır. Sonra yenidən qayınatamın məzarını axtarmaq istədim. İkinci qəbir daşını da səhvən dağıtdım. Sonra qayınatamın qəbir daşını tapıb dağıtdım. İçkili olduğum üçün özümdə olmamışam",- deyə Pərviz Eldarov ilkin ifadəsində deyib.
Pərviz Eldarov məhkəmədə tam fərqli ifadə verərək özünü təqsirli bilməyib. Deyib ki, həmin gün içki içəndən sonra evdə yatıb. O, qəbiristanlığa getdiyini xatırlamadığını, həbs edilməkdən qorxduğu üçün istintaqda belə ifadə verdiyini söyləyib.
Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslər Pərviz Eldarovu bağışlayıb.
Məhkəmə Pərviz Eldarov barəsində ağır cəza təyin edib. Ev dustaqlığında olan Pərviz Eldarov 1 il azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb. /Musavat.com

Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 989 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on
21 sentyabrAyı arı pətəklərini dağıdıb balları yedi
Türkiyənin Qars vilayətinin Səlim rayonuna bağlı Karakale kəndində gecə saatlarında arı pətəklərinə yaxınlaşan boz ayı bal arılarına ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, kənddə arıçılıqla məşğul olan Ayhan Aydına məxsus pətəklərə yaxınlaşan ayı onları aşırdaraq içərisindəki balları yeyib
24 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrAç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Gecə saatlarında fermaya daxil olan ac qurd sürüsü həyətdəki itə hücum edib. xarici mediaya istinadla xəbər verir ki, hadisə yaşayış məntəqəsinə yaxın ərazidə yerləşən fermalardan birində baş verib. Gecə yarısı ac qaldıqları ehtimal edilən qurdlar ferma ərazisinə daxil olaraq həyətdəki itə yaxınlaşıblar
23 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrSel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda 2021-ci ildə baş verən dağıdıcı selin izləri hələ də qalmaqdadır. Bayramqazı kəndində yerləşən üçmərtəbəli binanın demək olar ki, tamamı torpağın altında qalıb, yalnız damı üzə çıxıb. xarici mediaya istinadla xəbər verir ki, 11 avqust 2021-ci ildə Qərb
24 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabr