"Qiyamət günü" radiostansiyası yenə mesaj göndərdi: Qəribə sözlər nə anlama gəlir?

"Qiyamət günü" radiostansiyası yenə mesaj göndərdi: Qəribə sözlər nə anlama gəlir?"UVB-76" ("Qiyamət günü" radiostansiyası) radiostansiyasından göndərilən dörd yeni, deşifrə edilməmiş mesaj qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "UVB-76 logi" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, mesajların vaxt ştampları bunlardır: Bakı vaxtı ilə saat 11:54-də "Neptun", saat 15:48-də "Timus", saat 18:17-də "Tülkü" və saat 19:41-də "Nootabucks" sözləri.

Həmçinin qeyd edildiyinə görə, aprelin 7-də də stansiyada "buerofant" mesajı qeydə alınıb.

Bütün bu sözlərin mənası isə naməlum olaraq qalır.

Martın 10-da da "The Buzzer" ("Jujalka" - vızıltı) adı ilə də tanınan "UVB-76" qəribə siqnal ötürüb. Mesaj rəqəmlərdən və adlardan ibarət olub.

"Nikolay, Jenya, Tatyana, İvan... Nikolay, Jenya, Tatyana, İvan", - deyə monoton şəkildə ifadələr səslənib və bundan sonra rəqəmlərin kombinasiyasını deyib.

Qeyd edək ki, "UVB-76" daimi şəkildə monoton "vızıltı" səsi yayımlaması ilə tanınır və bəzən bu, anlaşılmaz ifadələr, rəqəmlər və ya mənasız söz ardıcıllığı ilə müşayiət olunur. Radiostansiyanın Rusiya Silahlı Qüvvələrinə aid olduğu güman edilir, lakin onun məqsədi barədə dəqiq heç nə məlum deyil.

Belə bir fikir də var ki, bu stansiya SSRİ-də soyuq müharibə illərində hazırlanmış Perimetr sistemi ilə əlaqəlidir. Bu sistemi isə ABŞ-də "Ölü əl" adlandırırlar. Bu sistem kommunikasiyaların pozulması halında kütləvi nüvə cavab zərbəsini avtomatik idarə etmək üçün nəzərdə tutulub. "Perimetr" baş qərargahdan verilən əməliyyat əmrlərinin idarəetmə mərkəzlərinə və döyüşə hazırlıq vəziyyətində olan fərdi raket buraxılış qurğularına etibarlı şəkildə çatdırılmasını təmin edir.

Bəzi qeyri-adi ifadələr hərbi məqsədlər üçün rabitə vasitəsi kimi istifadə edilə bilər. Fərziyyə var ki, səsli mesajların əsas məqsədi şəxsi heyətin nüvə sualtı qayıqları kimi hədəf obyektlərinə döyüş hazırlığını təsdiq etməkdir.

Həmçinin radiosiqnalların astronomik rəsədxanalarda istifadə üçün nəzərdə tutulmuş ola biləcəyi də düşünülür, hansı ki, ionosferdəki dəyişiklikləri təhlil edir və ya hətta yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaq üçün tətbiq edilir. Lakin bu çox sayda nəzəriyyələrin heç biri etibarlı faktlarla təsdiqlənməyib.

"UVB-76"nın nəyə xidmət etdiyi barədə etibarlı məlumat yoxdur. Versiyalar diapazonu genişdir - nüvə sualtı qayıqları ilə danışıqlardan və nüvə raketlərinin buraxılmasına nəzarətdən tutmuş, yadplanetlilərlə kontaktların axtarışına qədər. Raketlərlə bağlı versiya səbəbindən "Buzzer"i həm də "Qiyamət günü" radiostansiyası adlandırırlar: guya o, nüvə münaqişəsi zamanı yuxarıdakı qərargahların ölümü halında raketlərin buraxılması üçün olan siqnalın avtomatik ötürülməsi məqsədilə nəzərdə tutulub.

Stansiyanın dəqiq yeri hələ də tam şəkildə müəyyən edilməyib. Əvvəlcə onun Qərb hərbi dairəsində, Moskva vilayətinin Povarovo kəndi yaxınlığında yerləşdiyi güman edilirdi, sonra Leninqrad vilayətinin Kerro kəndinə köçürülüb və hazırda Naro-Fominskdən fəaliyyət göstərdiyi ehtimal edilir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1490   Tarix: 15 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22 sentyabr
.

Göbək nahiyəsinə masajla böyrək daşlarını çıxardığını iddia edən şəxsin görüntüləri müzakirə yaratdı - VİDEO

"Böyrək daşı tökürəm" deyərək nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki,kadrlarda bir şəxsin göbək nahiyəsinə müxtəlif hərəkətlərlə masaj etdiyi, daha sonra isə ovucunda saxladığı daşabənzər kiçik parçaları qaba qoyduğu görünür. Şəx

18 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Özcan Dənizdən "Kalp yarası" ilə bağlı maraqlı AÇIQLAMA: "Sezen Aksu məni inandırdı"

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb. yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb. Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:. "35 il dolu keçdi

21 sentyabr