Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları - FOTO

Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları - FOTOGöygöl rayonunda Qərbi Azərbaycan torpaqlarından qaçqın düşmüş fermerlər Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorundan şikayətçidir...
"Azər Hacıyev Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edildikdən sonra onun inzibati amirlik metodu ilə işləməyi səbəbindən qüvvədə olan qanunvericilik aktların və normativ sənədlərin tələblərinin ciddi şəkildə pozulması üzündən bu məmurun qapıları sahibkarların, fermerlərin üzünə birdəfəlik bağlanıb".

Hurriyyet.Az xəbər verir ki, bu barədə fermer-qazi olan Məmmədov Yolçu Telman oğlunun Poliqon-a ünvanlandığı şikayət məktubunda bildirilir. Fermer yazır ki, rayonda dövlətin qanunları və prezidentin fərmanları işləmir:

"Rayonda aqrar sektorun dövlətimizin və Cənab Prezidentin sərəncamları, tapşırıqları əsasında inkişaf etdirilməsi, idxaldan asılılığı azaltmaq, ölkədə ərzaq bolluğu yaratmaq istiqamətində fəaliyyət proqramı çərçivəsində işlərimiz dalana dirənib. Çünki Azər Hacıyevə etdiyimiz müraciətlər kağız üzərində qalıb", deyə sahibkar yazır.

Kənd təsərrüfatı nazirliyində kadrların müdiri İlham Süleymanov və Azər Hacıyev Gəncə bazarında səbət yığarkən

Yolçu Məmmədov qeyd edir ki, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi sahibkarların və fermerlərin daimi müraciət etdiyi yeganə idarədir.

"Buna baxmayaraq nə qədər səylərimiz olsa da, ötən bir il ərzində Azər Hacıyev bizə nəyinki qayğı göstərmir, hətta mülkiyyətimizdə olan əkin torpaqlarımızın gündən-günə talan olunmasına münbit şərait yaradır. Demək olar ki, Azər Hacıyevin özbaşınalığı səbəbindən Göygöl rayonunda kənd təsərrüfatının inkişafı iflic vəziyyətə düşüb. Dövlət proqramı çərçivəsində heç bir iş görülmür".

Şikayətçi vurğulayır ki, Azər Hacıyevin bu cür qanunsuz hərəkətləri barədə dəfələrlə ölkənin aidiyyəti qurumlarına, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsə də, heç bir cavab almayıb.

"Qeyd edim ki, Daşkəsən rayonunda yaylağa köç edən fermerlərdən rüşvət aldığına görə İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev tərəfindən Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən Azər Hacıyev və dostu heyvandarlıq sektorunun müdiri, birinci qrup gözdən əlil Səttar Hacıyev ilə birlikdə qovulublar. Bundan sonra Azər Hacıyev nazirlikdə kadr idarəsinin müdiri İlham Süleymanova yol taparaq Samux rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinə müdir təyin olunur. Samuxda Azər Hacıyev işçiləri haqsız işdən azad edib, əmisi oğlu Araz Hacıyevi sürücü, dostu Ruslanı hüquqşunas təyin edib. Eyni zamanda Azər Hacıye orada qadın işçiləri incidib.

Bu hərəkətlərinə görə Samuxdan da işdən azad olunan Azər Hacıyev Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor gəlib. Azər Hacıyev digər rayonlarda etdiyi haqsızlıqları, qadın işçilərə qarşı əxlaqsız hərəkləri burada da edir. Həmçinin o, özü və oğlu qazi olan Hacıyev Əliaslanı da işdən çıxarıb.

Eyni zamanda Cənab Prezidentinmiz tərəfindən qəbul olunub ad günü təbriki olunan və hədiyyələr alan Ümid Həbibov atası Eldar Həbibov şərlənərək işdən azad olunub. Altun Məmmədov adlı müavini də şərlənərək işdən azad olunub. Göygöl rayonu Zod kəndində qaziyə məxsus əkin torpaq sahəsinə dair subsidiya ödənilməyib.Qazi olan vətəndaş işlə təmin olunmaları üçün Azər Hacıyevə müraciət etsələr də müraciətlərinə baxılmayıb".

Yolçu Məmmədov şikayət məktubunda bildirir ki, Azər Hacıyev Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov və kadrlar idarəsinin müdiri İlham Süleymanov tərəfindən müdafiə edilir.

"Son olaraq vurğulayım ki, havardarları, yəni Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətin rəhbəri Vüqar Hüseynov və kadrlar idarəsinin müdiri İlham Süleymanov tərəfindən müdafiə edilən Azər Hacıyevin bur cür özbaşına fəaliyyət mexanizminə yiyələnməsi dövlətimizə arxadan vurulan zərbədir. Azər Hacıyevin Göygöl rayonundakı özbaşınalıqlarının analoqu yoxdur", deyə şikayətçi yazır.

Onu da qeyd edək ki, Yolçu Məmmədovun sözlərinə görə, Göygöl fermerlərinin şikayəti üzrə Azər Hacıyevin əməlləri ilə bağlı Göygöl rayon Prokurorluğunda araşdırmaya başlanılıb.

Qeyd edək ki, əməkdaşımız Azər Hacıyevlə əlaqə saxlayıb. Azər Hacıyev onun haqqında səsləndirən iddiaların yalan olduğunu və rəsmi sorğu göndərəcəklərini deyib. Ancaq göndərilən sübutlarla tanış olandan sonra heç bir cavab verməyib.

***

Qeyd edək ki, şənbə günü yazı dərc onunduqdan sonra Azər Hacıyev əməkdaşımıza növbəti dəfə zəng edərək bildirib ki, o, öz mövqeyini birinci gün saat 11-ə qədər rəsmi olaraq göndərəcək. Biz də qarşı tərəfə hörmət nümayiş etdirərək, xəbəri söndürdük. Bu gün isə Azər Hacıyev yenidən əməkdaşımıza zəng edib və xahiş edib ki, şikayətçilərin iddalarının yalan və böhtan olduğunu yazaq. Biz də ondan rəsmi münasibət bildirməyi bir daha xahiş etdik. Buna baxmayaraq, qarşı tərəfdən cavab ala bilmədik. Bir daha bildiirik ki, Azər Hacıyevin rəsmi mövqeyini dərc etməyə hazırıq.

Eyniz zaamanda şikayətçi tərəflər bizimlə yenidən əlaqə saxlayıb bildiriblər ki, onlar öz iddalarını isənilən yerdə sübut etməyə hazırdırlar.
Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları - FOTOGöygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları - FOTOGöygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları - FOTOGöygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları - FOTOGöygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları - FOTOGöygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1391   Tarix: 18 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr