Yeni binalarla bağlı dəyişiklik - Vahid istilik sistemi olacaq

Yeni binalarla bağlı dəyişiklik - Vahid istilik sistemi olacaqMilli Məclisə yeni – "İstilik təchizatı haqqında" Qanun layihəsi daxil olub.

"Qafqazinfo" xəbər verir ki, parlamentin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanuna əsasən müəyyən hallar istisna olmaqla, bu Qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır. Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.

Qeyd edək ki, mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin məcburi hala gətirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq və nəticədə enerji resurslarına qənaət edilməsi, ətraf mühitə atılan emissiyaların azaldılması təmin ediləcək.

Layihə hazırlanarkən beynəlxalq təcrübə araşdırılmış və layihədə nəzərə alınıb. Layihə hazırlanarkən nümunə kimi hansısa konkret bir ölkə seçilməmiş və onun qanunvericiliyindən istifadə edilməyib.

Hazırlanmış layihə enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərər vurulmaması, enerji resurslarından səmərəli istifadə edilməsi şərtləri rəhbər tutularaq istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi nəticələrin əldə edilməsinə imkan verəcək. Bunun üçün layihədə istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri dəqiq müəyyən edilib.

Normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması:

- mərkəzi istilik təchizatı sistemlərindən istifadənin genişləndirilməsi;

- özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;

- əlverişli investisiya mühitinin yaradılması;

- rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;

- istehlakçıların hüquqlarının müdafiəsi;

-bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi, enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;

- istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.

Qeyd olunub ki, layihənin qəbul edilməsi ilə əlaqədar qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 dekabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları" ləğv edilməlidir.

Layihənin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin qərarları ilə təsdiq olunması nəzərdə tutulan "İstilik enerjisindən istifadə qaydaları", "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar", "İstilik təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər", "İstilik qurğularının quraşdırılması qaydaları", "istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları", "İstilik qurğularının texniki istismar qaydaları" hazırlanmalıdır. Bununla yanaşı, Tənzimləyici tərəfindən "Monitorinq qaydaları", "kommersiya uçotu qaydaları", "Şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydaları", "İstilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları" təsdiq edilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 895   Tarix: 23 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinin gündəmə gəlməsini müsbət qiymətləndirirəm - AÇIQLAMA

"Məktəbli formasının təhsildəki rolu və əhəmiyyəti artıq bir müddətdir müzakirə olunur. Bu barədə bir neçə dəfə fikrimi bildirmişəm. Yaxın keçmişə qədər Naxçıvan Muxtar Respublikasında vahid məktəbli geyimi uzun illər tətbiq olunurdu və bu, məktəblərdə şagirdlər arasında sosial bərabərliyin təmi

22 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr