"Süni intellekt təkcə təhsildə deyil, digər sahələrdə də problem kimi qarşılanmaqdadır" - TƏHSİL EKSPERTİ

"Süni intellekt təkcə təhsildə deyil, digər sahələrdə də problem kimi qarşılanmaqdadır" - TƏHSİL EKSPERTİ"Ümumiyyətlə, süni intellekt təkcə təhsildə deyil, digər sahələrdə, eyni zamanda elmdə də problem kimi qarşılanmaqdadır. Mütəxəsislər, xüsusən də, İT mütəxəsisləri bunu yaxın gələcək üçün bir o qədər də ciddi problem hesab etmirlər. Çünki, elə proqramlar var ki, onlar süni intellektdən istifadəni anında aşkarlaya və bunu asanlıqla ayrd etmək qabliyyətinə malikdilər. Təbii ki, bu daha geniş müstəvidə və daha ciddi arealda tətbiq olunması gərəkən bir məsələdir. Bura elmi müəssisələr, elmi tədqiqat instutları, elmi işlər, elmi nəşriyyatlar aiddir. Amma, məhz məktəb daxilində şagirdlərin süni intellektdən istifadə edib- etməməsini necə aşkarlamaq olar, burada məsələ biraz fərqlidir. Təbii ki, burada da hər şey müəllimdən asılıdır. Müəllimlər, xüsusi proqramlardan istifadə edərək şagirdin işinin plagiyat olub olmadığını aşkarlaya bilər".

Bu sözləri Sonxeber.az-a təhsil eksperti Elmin Nurizadə danışıb.

O, açıqlamasında qeyd edib ki, süni intellektin özünü təqdimetmə mexanizmi var və onu aşkar etmək çətin deyil:

"Lakin, təbii ki, süni intellektdən əsas mənbə kimi istifadə edib, oradan əsas faktları əldə etmək olar. Amma, bizim bəzi ekspertlər kimi sualı süni intellektə yönləndirərək cavabı da olduğu kimi götürüb istifadə etmək, bu artıq doğru deyil və arzuolunmaz bir məsələdir. Bu gün orta yaşlı və yaşlı nəsil bunu edirsə, uşaqlarında bunu etməməsi mümkün deyil. Açığı, özüm belə halın şahidi olmamışam, amma eşitdiyim və bildiyim qədəri ilə şagirdlərdən daha çox tələbələr bu haldan sui istifadə edirlər. Biz böyük məmnuniyyətlə bu halın qarşısını almaq uğurunda çalışmalıyıq. Çünki, bu bir o qədər də çətin deyil. Xüsusi antiplagiyat proqramları var, onlardan istifadə edilməlidir. Eyni zamanda insan zehni hər şeyi ayrd edə bilir. Məsələn, mən sizin qarşınıza xəbərdar olmadığınız bir sahə ilə bağlı mətn qoysam, siz 5 dəqiqə ərzində ayrd edə bilərsiniz ki, bunun hansı süni intellekt vasitəsi ilə yazılıb, hansı isə müəllifin öz yazısıdır. Çünki, süni intellektin özünü təqdimetmə mexanizmi var və bu bir-birinə oxşardır. Onu aşkarlamaq çətin deyil. Burada, əsas məsələ, müəllimlərin daha istəkli davranması lazımdır. Müəllimlər, öz şagirdlərini, onların nəyə qadir olduğun hər kəsdən yaxşı bilir. Yəni, "yolaverdi" prinsipindən istifadə edilməməlidir. Biraz diqqətli olmaqla, daha dəqiq nəzər yetirməklə doğru olanı aşkarlamaq mümkündür. Amma, bir daha qeyd edirəm, süni intellekt vasitələrindən də təbii ki, istifadə edə bilərik, oradan dataları əldə edib, onu öz mətnimizdə istifadə edə bilərik. Amma bütünlüklə oradan istifadə yolverilməzdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2212   Tarix: 23 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yağıntılı hava martın 27-də GÜCLƏNƏCƏK

Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır. Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır. Xidmətdən -a verilən xəbərə görə, yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənili

25 mart
.

Azərbaycan ali təhsildə tarixi uğura imza ATDI

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb. xəbər verir ki, 2026-cı ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminə

25 mart
.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib

25 mart
.

GDU-nun tələbəsi vəfat etdi - Foto

Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, universitetdə təhsil alan 199-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib. Onun hansı səbəbdən həyatını itirməsi bildirilməyib. Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayı

23 mart
.

Ölkə ərazisində yağıntılar davam edir - FAKTİKİ HAVA

Martın 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək v

26 mart
.

Bakıda 7,3 milyona mənzil satışa çıxarıldı

Hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb. xəbər verir ki, mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür. 18 mərtəbəli binanın 4-cü mərtəbəsind

25 mart
.

Heydər Əliyev Mərkəzi Pakistan bayrağının rəngləri ilə işıqlandırıldı

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub. Qaynarinfo xəbər verir ki, proyeksiya 23 mart - Pakistan Günü münasibətilə edilib

23 mart
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanda martın 26-da havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə

25 mart
.

Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imka

23 mart