Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib. Sərnişin axınının artırılması və aviasiya sahəsində tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsinin ölkələr arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi bildirilib.
Bu kontekstdə qeyd olunub ki, ötən il Azərbaycana Səudiyyə Ərəbistanı Krallığından 94 300 turist səfər edib. Bu göstərici iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı marağın artdığını təsdiqləyir.
Qeyd edək ki, hazırda AZAL Bakı-Dammam-Bakı marşrutu üzrə həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri, Ər-Riyad istiqamətində isə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər həyata keçirir.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı ilə olan hava əlaqələrinin möhkəmləndiyi və qarşılıqlı əməkdaşlığın genişləndiyi xüsusi olaraq vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu