Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib
"2030-cu ilə kimi tikiləcək 10 yeni stansiyanın dəqiq yerlərinin müəyyənləşdirilməsi prosesi tamamlanmaq üzrədir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gözlənilən yeniliklərlə bağlı danışarkən deyib.
O bildirib ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulmuş genişmiqyaslı layihəyə əsasən, 10 yeni stansiyanın 6-sı "bənövşəyi" xəttin, 4-ü isə "yaşıl" xəttin üzərində yerləşəcək:
"Stansiyalar arasında tunellərin və keçid yollarının layihələndirilməsi işi aparılır".
B.Məmmədov əlavə edib ki, yeni stansiyalar sayəsində Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlər şəhər mərkəzinə daha rahat şəkildə çatacaqlar:
"Yeni şəbəkə "Nizami", "Sahil" və "Xətai" stansiyalarında digər xətlərlə keçidi təmin etməklə sərnişin axınını xeyli optimallaşdıracaq. "Yaşıl" xətt üzərində yerləşəcək 4 yeni stansiya isə 8 Noyabr prospektindən Əhmədliyə qədər olan ərazilər və ətraf kəndlər üçün mühüm əhəmiyyət daşıyacaq. Layihə, həmçinin, xətlərin ayrılması baxımından da önəmlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2856 Tarix: 03 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabr