Aldadıldığını öyrənən qadın əri və qayınanası tərəfindən zəhərlənərək öldürüldü
Braziliyanın Ribeirao Preto şəhərində dəhşətli bir ailə faciəsi baş verib. 37 yaşlı pilates məşqçisi Larissa Talle Leoncio Rodrigues, həyat yoldaşının onu aldatdığını öyrəndikdən sonra boşanmaq qərarı alıb. Lakin polisə görə, cərrah olan əri Luiz Antonio Garnica və qayınanası Elizabete Arrabaça bu qərarı qəbul etməyərək Larissanı zəhərləyərək qətlə yetiriblər.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, qayınana "chumbinho" adlı kənd təsərrüfatı zəhərini Larissanın yeməyinə qatıb. Dedektiv Fernando Bravo bildirib ki, qadın ölümündən təxminən iki həftə əvvəl qayınanası bu zəhəri əldə etmək üçün axtarışlar aparıb və tanış bir fermerlə əlaqə saxlayıb.
Qadının qanında aparılan toksikoloji analizlər zəhər izlərini təsdiqləyib. Bundan əlavə, Larissa yaxın dostlarına, qayınanası evdə olanda tez-tez halının pisləşdiyini söyləyib.
Ərinin davranışları da polisə şübhəli görünüb. O, Larissanı hamamda tapdığını və həkim olduğu üçün müdaxilə etməyə çalışdığını iddia etsə də, araşdırma zamanı onun hadisə yerində sübutları yox etməyə çalışdığı müəyyən edilib.
Cinayətlə bağlı daha bir maraqlı detal isə odur ki, Luiz Garnica cinayətdən bir gün əvvəl sevgilisi ilə kinoya gedərək özünə alibi – yəni hadisə zamanı başqa yerdə olduğunu sübut edəcək bəhanə yaratmağa çalışıb.
Hazırda həm ər, həm də qayınana həbs edilib. Polis eyni zamanda ərlə əlaqədə olan qadını da dindirərək istintaqı genişləndirir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu