İldırım təhlükəsi: Beşmərtəbəli binanın damına düşdü, sakinlər dəhşət anları yaşadı - VİDEO
Türkiyənin Amasya şəhərində güclü yağışdan sonra Bəyazid Paşa məhəlləsində yerləşən beşmərtəbəli binanın damına ildırım düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, binanın aşağı mərtəbəsində yerləşən obyektin sahibi Nurettin Gülünaz hadisə anında mobil telefonda oyun oynayaraq çay içirmiş. Təsadüfən həmin anı telefon kamerası ilə qeydə alıb.
Gülünaz baş verənləri belə xatırlayıb: "Obyektimin qarşısında oturub çay içir, oyun oynayırdım. Azca yağış yağırdı və mən həmin anı videoya çəkirdim. Hava qaraldı, göy guruldadı, qorxudan nə edəcəyimi bilmədim. Gördüyümə görə ildırım təxminən 10 metr yaxınlığıma düşdü. Üzərimizə düşəndə çox qorxdum, refleks olaraq ‘Ay Allah’ deyə qışqırdım. Əlimdəki çay stəkanını da yerə atdım. İldırım sanki bir kosmik gəmi kimi yanımızdakı binanın üstünə çırpıldı. O an böyük təşviş yaşadıq. Allah bizi qorudu, bir daha belə hal yaşanmasın. Təxminən 15 saniyəlik oyun videosu çəkirdim və həmin vaxt ildırım düşdü. Bütün məhəllə küçəyə çıxdı, mən isə içəri qaçdım."
Məhəllə nümayəndəsi Əli Kanar isə bildirib: "Böyük bir partlayış səsləndi, dərhal özümüzü çölə atdıq. Ətraf bir anda işıqlanıb. Qarşımızdakı binanın damına ildırım düşdü. Çölə çıxdığımızda hələ də damdan alov saçan parçalar yerə tökülürdü. Çox güclü bir səs və işıq oldu. Tək təsəllimiz odur ki, insanlara və əmlaka zərər dəymədi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu