3 nəfərin ölümünə səbəb oldu, kolluqlar arasında tapıldı
Türkiyənin İznik–Orxanqazi yolunda baş verən dəhşətli yol qəzası üç nəfərin həyatına son qoyub. İznik istiqamətindən Orxanqaziyə doğru hərəkət edən Ferhat Hoşun idarə etdiyi 06 EMB 514 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili qarşı istiqamətdən gələn Y.S.-nin idarə etdiyi 16 BAP 990 dövlət nömrə nişanlı "cip"lə toqquşub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, toqquşmanın gücündən avtomobillər yoldan çıxaraq zeytun ağaclarına çırpılıb. Ferhat Hoş, onunla birlikdə avtomobildə olan yaxın qohumları – Mesut Hoş və Gürsel Hoş hadisə yerində dünyasını dəyişiblər. "Cip"in sürücüsü isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib. Avtomobildə sıxışıb qalan meyitlər təxminən bir saatlıq xilasetmə əməliyyatı nəticəsində çıxarılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları "cip"in sürücüsünü tapmayıb. Onun hadisə yerini tərk etdiyi ehtimal olunub və ətrafda axtarışa başlanılıb. Təxminən yarım saatlıq axtarışdan sonra 47 yaşlı Y.S. ərazidəki kolluqlar arasında gizlənərkən aşkarlanıb. Yaralı olduğu müəyyənləşdirilən şəxs ilkin tibbi yardımdan sonra Orxanqazi Dövlət Xəstəxanasına aparılıb. Onun həyatına təhlükə olmadığı, lakin 1,40 promil spirtli içki qəbul etdiyi müəyyən edilib.
Orxanqazi Rayon Prokurorluğu və hadisə yerinə baxış qrupu ərazidə araşdırmalar apardıqdan sonra cəsədlər Orxanqazi Dövlət Xəstəxanasının morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu