Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
Son vaxtlar bank kartından pul oğurlanması xəbərləri ilə demək olar ki, hər gün qarşılaşırıq. Sosial şəbəkələrdə, xəbərlərdə və ya tanış çevrəmizdə bu tip halların sayı durmadan artır. Kiminsə kartından xəbərsiz pul çıxarılıb, kimsə guya "bank işçisi" ilə danışarkən kart məlumatlarını verib və aldadılıb.
Daxili İşlər Nazirliyinin məlumatlarına görə, hər həftə ölkədə 100-150 min və daha çox məbləğ məhz bu yolla ələ keçirilir.
Maarifləndirmə tədbirlərinə baxmayaraq, dələduzlar hər dəfə fərqli yollara əl atırlar. Kimisi səsini, kimisi nömrəsini dəyişir, insanları emosional yollarla vurmağa çalışırlar.
Növbəti qurban biz olmamaq üçün nə etməli? Kartlarda külli miqdarda pul saxlamayaq, yoxsa daha ehtiyatlı olaq?
Lent.az-ın xəbərinə görə kiberdələduzluqla bağlı Daxili İşlər Nazirliyindən mütəmadi olaraq bildirilir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu kimi məxfi məlumatları heç kimə, hətta özünü "bank işçisi" kimi təqdim edən şəxslərə belə, vermək olmaz:
"Vətəndaşlar şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşsınlar. Qəti formada şəxsi bank məlumatlarını ikinci şəxsə ötürmək olmaz".
IT mütəxəssisləri isə hesab edir ki, iki faktorlu autentifikasiyanı aktiv edərək bu kimi hallardan qorunmaq olar:
Onlayn bankçılıq və alış-veriş sistemlərində iki mərhələli yoxlama (məsələn, SMS və ya mobil tətbiq təsdiqi) istifadə etmək təhlükəsizliyi artırır.
Etibarlı onlayn platformalardan alış-veriş etmək tövsiyyə olunur:
HTTPS ilə başlayan təhlükəsiz saytlar və tanınmış platformalar daha etibarlıdır. Naməlum və şübhəli saytlardan uzaq durmaq lazımdır. Bundan əlavə əgər tez-tez onlayn alış-veriş etmirsinizsə, kartınızın internet üzərindən istifadəsini bağlaya bilərsiniz və yalnız ehtiyac olduqda açıb yenidən bağlamaq mümkündür.
Dələduzlar hər cür yeniliyi tətbiq etdiklərindən, yalnız şəxsi Wi-Fi-dan istifadə tövsiyyə olunur:
Xüsusilə onlayn bank əməliyyatlarını ictimai Wi-Fi vasitəsilə etməmək tövsiyə olunur, çünki bu şəbəkələrdə məlumatlarınız ələ keçirilə bilər.
Düşünməyin ki, sizin kartdakı kiçik məbləğlər kiməsə gərək deyil, növbəti qurban siz ola bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1604 Tarix: 08 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Havada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrTamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir
Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela
23 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabr