Hər ay 100 manat pul alırlar…
Dəmiryol xəttinin Binə qəsəbəsi ərazisindən keçən hissəsi bərbad vəziyyətdədir. Ərazidə fəaliyyət göstərən obyektlərin tullantıları dəmiryolunun yaxınlığına atılır. Üst-üstə qalaqlanmış daş, taxta, məişət tullantıları xoşagəlməz mənzərə yaradır. Ötən il Binə qəsəbəsinin sakinlərini sevindirəcək bir xəbər yayıldı. 2027-cı ilədək dəmiryol sərnişin stansiyasının inşasına başlanacağı bildirdi. Ötən ildən bəri ərazidə hər hansı abadlıq işləri aparılmayıb. Ətrafı kol-kos basıb, hazırda yük qatarlarının keçdiyi dəmiryolunun ətrafı iaşə obyektlərinin tullantı məskəninə çevrilib.
Digər bir problem isə dəmiryol xəttinin ətrafında fəaliyyət göstərən obyektlərdən qeyri-qanuni "haqq" alınması ilə bağlıdır.
XALQ.AZ xəbər verir ki,sitat.info-nun əldə etdiyi məlumata görə, dəmiryolunun bir addımlığında fəaliyyət göstərən daş bazarı, kafe və sairə iaşə obyektlərinin əksəriyyəti ADY əməkdaşlarına "hesab" verirlər. Bildirilir ki, bu ətrafda fəaliyyət göstərən obyektlər dəmiryolunun ərazisinə düşür. Yəni dəmiryol xəttinin 50 metr radiusunda olan ərazi idarənin tabeliyindədir.
Adının çəkilməsini istəməyən şəxs daş bazarında ondan aylıq 100 manat tələb edildiyini bildirdi: "2020-ci ildən Binə qəsəbəsində, (Əli İsazadə küçəsi) dəmiryolunun keçdiyi bu ərazidə daş bazarı fəaliyyət göstərir. 18 nəfər yük maşını sürücüsü burada işləyirik. Əvvəllər adambaşına aylıq 5 manat ödəyirdik. Pulu yığıb, dəmioryol idarəsinin işçisinə verirdik. Sonradan qiyməti qaldırdılar, aylıq 100 manat ödəməyə başladıq. Bildirdilər ki, 2023-cü ilə qədər qanunla hər kvadratmetr üçün 88 qəpik göstərilsə də, heç bir səbəb göstərmədən 4 manata qaldırıblar. Son 2024-cü ildən kvadratı 4 manatdan hesabladılar. 1 il iki aydır ki, adambaşına 100 manatdan ödəyirik. 18-20 daş nəfərin çörəyi daşdan çıxır. Çox əziyyətli işdir. Elə ay olur iki maşın daş sata bilirik. Həftələrlə alıcı olmur. Ancaq məcburi şəkildə 100 manatı ödəməliyik. Satdığımız hər yük maşınından 20-30 manat qazanırıq. Boş torpaqda bir daş kamaz daş satmaq üçün bu qədər pul almaq nə dərəcədə doğrudur?".
Ərazidə olduğumuz zaman öyrəndik ki, daş maşınlarının dayandığı ərazini bir sahibkar icarəyə götürüb, icarənin pulunu isə daş maşınlarının sahiblərindən alır, özü də artıqlaması ilə…
"18 nəfərdən hər ay 100 manat alır. Bunun qarşılığında heç bir ödəniş qəbzi almırıq. Biz icarə verməyə hazırıq, ancaq bu qədər yox… Buranı zibilləyən, ərazini zəbt edən bir nəfər sahibkardır, öz icarəsini də bizim cibimizdən ödəyir.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-yə şikayət etmişik. Hələlik 2 aydır ki, aylıq ödəniş məsələsi dayanıb. Bu 1il ərazində bilmədiyimiz şəxsə pul yığıb veririk, hara çatdığını da bilmirik. Elə deyirlər lazım olan yerə çatır…".
Məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc edəcəyik.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu