Salyanda 55 yaşlı kişi 250 manatlıq ağacı kəsib, qonşu qadını döydü
Salyanda kişi 250 manatlıq ağacı kəsib qonşu qadını döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Salyan rayonu, E.İmanov küçəsində baş verib. Həmin küçədə yaşayan, 1970-ci il təvəllüdlü Rahil Bədəlov qapısının qarşısında olan, Salyan Yaşıllaşdırma İdarəsinə 250 manata başa gələn bir ədəd zeytun ağacının budaqlarını kəsib. Səbəb həmin ağacın Rahil Bədəlovun evinə gedən elektrik naqilinə toxunması olub.
Rahilin qonşusu Sevda ağacın kəsildiyini görüb həmin ağacın kim tərəfindən kəsildiyini ondan soruşub. Rahil - "ağacı mən kəsmişəm, yaxşı eləmişəm", - deyib. Sevda isə - "o ağacı sən əkmisən, sən də kəsirsən?" - deyə soruşub. Sevdanın bu sözündən əsəbiləşən Rahil Bədəlov Sevdaya yumruq və təpik zərbələri endirməklə onu döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən Rahil Bədəlov saxlanılıb.
Salyan Rayon Məhkəməsində iş üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə R.Bədəlovun anlaqsız olduğu qənaətinə gəlinib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 850 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrYanan maşından ata və oğlu son anda xilas edildilər - ANBAAN VİDEO
Bu gün saat 09:30-da Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində xidmət aparan Yol Patrul Xidməti Alayının II taqımının əməkdaşları hərəkətdə olan "Ford" markalı avtomobildə tüstüləmə müşahidə edib. xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanğın başladığından, dərhal sürücü Kəna
23 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrBakıda partlayış: Yeni ailə həyatı quran gənclər xəsarət aldılar
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar. İlkin məlumata görə, partlayış evi
22 sentyabr