Yeni texnologiya, köhnə qanunlar: sürücüsüz avtomobillərə hüquqi maneələr - AÇIQLAMA

Yeni texnologiya, köhnə qanunlar: sürücüsüz avtomobillərə hüquqi maneələr - AÇIQLAMAHazırda Azərbaycandakı mövcud qanunvericilik sürücüsüz avtomobilləri qadağan edir, amma texnologiyanın gələcəyi ilə bağlı nikbin proqnozlar verilir. Bu isə qanunla texnologiya arasındakı uyğunsuzluq problemini ortaya çıxarır. Azərbaycan qanunvericiliyi pilotsuz avtomobillərin tətbiqinə nə vaxt və necə uyğunlaşdırılacaq? Bəs, bu reallaşdıqdan sonra işlək vəziyyətdə olan və sükan arxasında sürücü olmayan avtopilot maşın qəza törədərsə, məsuliyyəti kim daşıyacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

Yeni texnologiya, köhnə qanunlar: sürücüsüz avtomobillərə hüquqi maneələr - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, dünyanın müxtəlif ölkələrində bu texnologiyanın tətbiqi zamanı hansı hüquqi mexanizmlərin işə salındığı araşdırılmalı və lokal reallıqlara uyğunlaşdırılmalıdır:

"Azərbaycanda sürücüsüz avtomobillərlə bağlı qanunvericilikdə hələlik heç bir konkret müddəa yer almır. Hazırkı qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin yalnız sürücünün iradəsi ilə hərəkət etməsi tələb olunur və sükan arxasında mütləq şəkildə sürücü olmalıdır. Bu halda qayda pozuntusu baş verdikdə məsuliyyət birbaşa sürücünün üzərinə düşür. Yol-nəqliyyat hadisəsi zamanı da eyni prinsip tətbiq edilir.

Lakin pilotsuz avtomobillər fərqli texniki rejimdə fəaliyyət göstərir. Belə avtomobillər həm sürücü ilə, həm də sürücüsüz rejimdə idarə oluna bilir. Bu isə hüquqi tənzimləmə baxımından yeni yanaşma tələb edir.

Bu məsələdə beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Dünyanın müxtəlif ölkələrində bu texnologiyanın tətbiqi zamanı hansı hüquqi mexanizmlərin işə salındığı araşdırılmalı və lokal reallıqlara uyğunlaşdırılmalıdır.

Qanunvericilikdə həm yol-nəqliyyat hadisələri, həm də qayda pozuntuları zamanı məsuliyyətin kimin üzərində olacağı açıq şəkildə göstərilməlidir".

Ekspert həmçinin bildirirlər ki, sürücüsüz avtomobillərlə bağlı sığorta məsələsi də ayrıca tənzimlənməlidir:

"Hazırda mövcud olan icbari sığorta əsasən üçüncü şəxslərə dəymiş zərəri əhatə edir. Amma pilotsuz avtomobillər üçün bu kifayət etməyə bilər. Belə texnologiyalar üçün KASKO sığortanın məcburi olması təklif edilə bilər ki, bu da həm avtomobil sahibinin, həm də qarşı tərəfin maraqlarını qorumuş olar.

Bu sahədə beynəlxalq təcrübəni olduğu kimi tətbiq etmək lazım deyil. Azərbaycanın hüquqi və mədəni xüsusiyyətlərinə uyğun şəkildə uyğunlaşdırılmış model hazırlanmalıdır. Hələlik isə ölkədə bu avtomobillərə olan marağın səviyyəsini dəqiq müəyyənləşdirmək çətindir. Çünki bu texnologiya hələ geniş şəkildə ölkə daxilində istifadə olunmur.

Pilotsuz avtomobillərin istehsal olunduğu ölkələrdə uğurla sınaqdan keçməsi və praktikada effektivliyini sübut etməsi halında, gələcəkdə Azərbaycanın yollarında da bu nəqliyyat vasitələrini görmək mümkün ola bilər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1224   Tarix: 19 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası - Adəm İsmayıl BAKUVİ

Şahmat - taxta üzərində qurulmuş səssiz kainatdır. Orada zaman ölçülür, iradə sınaqdan keçirilir, zəka isə məsuliyyətlə üz-üzə qalır. Hər fiqur bir taledir, hər gediş bir qərardır, hər səhv isə bir aqibətdir. İnsanlıq minillərdir bu oyunu oynayır, lakin minillər boyu bir sual da insan düşüncəsini məşğu

21 mart
.

Qadınlar niyə ərlərindən BEZİRLƏR?

Məişət mübahisələrinin səbəbləri ilə bağlı maraqlı açıqlamalar verilib. xəbər verir ki, psixoloqların fikrincə, bir çox kişilər qadınların iradlarının səbəbsiz yarandığını düşünsə də, əslində məişət konfliktləri nadir hallarda səbəbsiz olur. Məlumata görə, qadınlar narazılıqlarını daha çox sözlə ifad

24 mart
.

Dünyanın ən uzunömürlü insanının sirri məlum oldu - Bu formula ilə 122 il yaşadı

Rəsmi qeydlərə görə, 122 il yaşayaraq "dünyanın ən yaşlı insanı" titulunun sahibi fransız Jan Kalman müasir tibb dünyasını heyrətə salan həyat hekayəsi ilə yenidən gündəmə gəlib. 1997-ci ildə vəfat edən bu qadının uzun ömrünün sirri illər sonra açıqlanıb. xəbər verir ki, 85 yaşına qədər qılıncoynatm

24 mart
.

Orxan Aslanovun evində yanğın - Video

Tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bu haqda paylaşım edən O.Aslanovun sözlərinə görə, hadisə səhərə yaxın qeydə alınıb. "Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başq

23 mart
.

FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırdı

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara çağırış edib. xəbər verir ki, müraciətdə bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsind

22 mart
.

Yağıntılı hava martın 27-də GÜCLƏNƏCƏK

Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır. Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır. Xidmətdən -a verilən xəbərə görə, yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənili

25 mart
.

Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib. "Qafqazinfo" xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. "Instagram" sosial şəbəkəsində Niyazbekovun Bişkekdəki Toktobolot Abdumomunov adına Dram Teatrının yaxınlığınd

23 mart
.

Valideynlərindən gizli sürdükləri maşında ölən yeniyetmə qardaşların - Fotoları

Xəbər verdiyimiz kimi, Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınan qəzada kənd sakinləri - 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəva

20 mart
.

Bakı metrosunda yeni QADAĞA

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir. Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. "Unutmayın ki, qaydala

21 mart