Qız övladı olan ailələr üçün hansı güzəştlər tətbiq edilə bilər?

Qız övladı olan ailələr üçün hansı güzəştlər tətbiq edilə bilər?Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar və fevral aylarında Azərbaycanda doğulan uşaqların 53.8%-i oğlan, 46.2%-i isə qız olub. Bu göstəricilər cəmiyyətdə oğlan uşaqlarına üstünlük verildiyini və cins balansının pozulduğunu göstərir. Bu tendensiyanın sosial və demoqrafik nəticələri artıq mütəxəssislər tərəfindən də gündəmə gətirilir. Bu kontekstdə bəs, Azərbaycanda qız uşaqlarının sayında müşahidə olunan azalma tendensiyasının qarşısını almaq üçün hansı sosial və institusional addımlar atılmalıdır? Çıxış yolu nədədir?

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.

Qız övladı olan ailələr üçün hansı güzəştlər tətbiq edilə bilər?O, açıqlamasında qeyd edib ki, bu tendensiya təkcə statistik problem deyil, həm də dərin mədəni-sosial bir trenddir:

"Bu elə bir trend ki, cəmiyyət öz qadın potensialını hələ doğulmamışdan sıradan çıxarır. Sosioloq Amartya Sen bu faciəvi fenomenə "itkin qadınlar" adı vermişdi.

Əvvəlcə bilməliyik ki, selektiv abortların — oğlanların xeyrinə gender seçiminin arxasında duran əsas amil Azərbaycanın ailə strukturunda oğlanlara iqtisadi və sosial dəyər baxımından üstünlük verilməsi ilə bağlıdır. Valideynlər qocalanda onlara dəstək olsun, soyadları davam etsin və maddi mirasları qorunsun deyə oğlan övladına üstünlük verirlər. İlk olaraq bu fundamental düşüncə dəyişməlidir. Əks halda nə qanun, nə də hər hansı təşviqat ciddi təsir yarada bilməyəcək.

Maarifləndirmə kampaniyaları mütləqdir. (Amma real kampaniyalar!) Dövlət və QHT sektoru uzunmüddətli və təsirli təbliğat kampaniyaları keçirməlidir. Söhbət "Qız da uşaqdır" tipli afişalar yapışdırmaqdan getmir. Mədəniyyətimizin, mentalitetimizin kökünə xitab edə biləcək mesajlar verilməlidir. Bu mesajlar sosioloji dillə deyil, ailə başçılarının, ağsaqqalların, ağbirçəklərin anlayacağı dillə verilməlidir".

Sosioloq onu da vurğuladı ki, selektiv abortların qarşısını qismən almaq üçün hamiləliyin müəyyən mərhələlərində cinsiyyətin öyrənilməsinin qadağan olunması effektli ola bilər:

"Yalnız bundan sonra müəyyən texniki və ya prosedur tədbirlər görmək olar.

Məsələn, qanunvericiliklə tibbi nəzarətin yaradılması. Bununla selektiv abortların qarşısını qismən almaq mümkün olacaqdır. Hamiləliyin müəyyən mərhələlərində cinsiyyətin öyrənilməsinin qadağan olunması effektli ola bilər.

Paralel olaraq, qız uşağı olan ailələrə müəyyən güzəştlər tətbiq olunarsa — təhsil dəstəyi, sosial yardım və ya kredit güzəştləri, ipoteka sadələşdirmələri və s. — tədricən mentalitetimizdə yumşalmalar görə bilərik.

Amma bir daha xatırlatmalıyam ki, prosesin ilk addımı maarifləndirmə olmalıdır. Hətta bu proses məktəbdən başlamalıdır. Yoxsa bu gedişlə elə bir nöqtəyə çatacağıq ki, nəinki oğlanlara qız tapmaq çətinləşəcək, cəmiyyətin emosional, sosial və iqtisadi balansı da pozulacaq".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3672   Tarix: 19 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr