Estoniya ilə əlaqələri kəsən tanker: Finlandiya təhqiqatı yekunlaşdırdı

Estoniya ilə əlaqələri kəsən tanker: Finlandiya təhqiqatı yekunlaşdırdıFinlandiyanın Milli Cinayət Polisi 2024-cü il dekabrın 25-də Baltik dənizində Finlandiya ilə Estoniya arasında çəkilmiş "EstLink-2" enerji kabelinin zədələnməsi ilə bağlı başladılmış ilkin istintaqı yekunlaşdırıb.

Oxu.Az bu barədə "Yle" telekanalına istinadla xəbər yayıb.

İstintaq nəticəsində məlum olub ki, "Eagle S" adlı neft tankeri yalnız enerji kabelinə deyil, həm də bir neçə telekommunikasiya xəttinə ciddi ziyan vurub.

Tankerin üç heyət üzvünə qarşı "ağır zərərvurma" və "kommunikasiya şəbəkələrinin işinə ciddi müdaxilə" maddələri ilə ittiham irəli sürülüb.

Toplanmış materiallar Finlandiyanın baş prokurorunun müavini Yukka Rappeyə təqdim edilib. O bildirib ki, bu işlə bağlı yekun qərarın verilməsi üçün iki-üç ay vaxt lazım olacaq.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Finlandiyanın polis və sərhəd xidməti Kuk adalarının bayrağı altında üzən "Eagle S" neft tankerini kabelin zədələnməsində şübhəli bilinərək saxlayıb. Daha sonra "Postimees" qəzeti Estoniya şirkətlərinin bu ölkələr arasında üç kabelin zədələnməsi barədə məlumat verdiyini bildirib. 2 mart tarixində Finlandiya hakimiyyəti "Eagle S" neft tanker üzərindən həbsi götürüb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 576   Tarix: 31 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib

Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumat

5 iyul
.

Merts onu tənqid edənləri "deyingən" adlandırdı

Almaniya kansleri Fridrix Merts hökumətin islahat kursunu dəstəklədiyini bəyan edib və tənqidçilərin kənara çəkilməli olduğunu bildirib. TASS-a istinadən xəbər verir ki, kansler bu fikirləri Düsseldorfda keçirilən Xristian-Demokrat İttifaqının (XDI) yerli təşkilatının qurultayında səsləndirib. "Kultura

5 iyul
.

Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək

Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır

5 iyul
.

Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib

Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl

8 iyul
.

Cey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib

Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu

5 iyul
.

Yəmən husiləri İrana dəstək ifadə ediblər

Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik

5 iyul
.

Konqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1

5 iyul
.

FT: Britaniyanın Aİ-nin müdafiə fondundan kənarlaşdırılması Fransanın özünə qarşı çevrilib

Fransanın Böyük Britaniyanı Aİ-nin müdafiə fonduna buraxmamaq cəhdi Parisin özünə qarşı çevrilərək onu hökumətin Fransa-Britaniya silah layihələrinə xərcləməyi planlaşdırdığı əlçatan Avropa kreditlərindən məhrum edib. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) üç mənbəy

5 iyul
.

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın

5 iyul